PDF Oxu

Siyasət

  • 2 733

Təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür - DEPUTAT ŞƏRH ETDİ

Təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür - DEPUTAT ŞƏRH ETDİ

“Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev bildirib.

Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alınmış və diversantlar geri çəkilməyə məcbur edilmişlər: “Bu təxribat Ermənistandakı bəzi revanşist qüvvələrin iki ölkə arasında sərhədlərin delimitasiyası komisiyalarının yaradılması və müvafiq işlərin aparılmasına, ümumilikdə sülh müqaviləsinin bağlanmasına qarşı yönəldilmiş bir təxribatdır.

Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmalara əsasən ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi məqsədi ilə aprel ayının sonuna kimi Birgə Sərhəd Komissiyasının təşkil edilməsi razılaşdırılmışdır.

Baş verənlər göstərir ki, hələ Ermənistandakı bəzi qüvvələr və dünya erməniliyi Azərbaycana qarşı müəyyən təxribatlar törətməyə cəhd göstərirlər. Azərbaycan Respublikasının Prezidnti cənab İlham Əliyev 22 aprel 2022-ci il tarixində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarını Zəfər Qurultayındakı çıxışında demişdir: “Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yəni döyüşkən hərbi birləşmələrin yaradılması - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və biz hər an erməni faşizmin, əgər bir daha baş qaldırarsa əzməyə hazır olmalıyıq və hazırıq və Ermənistan bunu yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır”.

Ayşən Vəli

Digər xəbərlər