“Artıq regionda postmünaqişə dövrü başlayır”. SİA-nın verdiyi məlumata görə, bu sözləri “Post münaqişə dövrünün yeni reallıqları-Sülh və Əməkdaşlıq Platforması” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.Onun sözlərinə görə, biz dəfələrlə qarşı tərəfə sülh təkliflərini ötürmüşük: “Cənab Prezident Qurultaydakı çıxışında da bunu vurğuladı. Ötən illər ərzində ATƏT-in Minsk Qrupunun münaqişənin həllində faydalı olduğunu görmədik. Artıq torpaqlarımız geri qaydıb. 30 il ərzində Azərbaycan Ordusu, iqtisadiyyatı güclənib. Bu səbəbdən qələbə gözlənilən idi. Təəssüflər olsun ki, qarşı tərəf hələ də ərazi iddialarından əl çəkmir”.
Müəllif: Arzu Qurbanzadə