PDF Oxu

Siyasət

  • 2 818

Hamımızın üzərinə nifrət yağdırdı - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

Hamımızın üzərinə nifrət yağdırdı - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“Ümumiyyətlə xarici siyasət daxili siyasətin davamı olur. Ermənistandakı daxili vəziyyət isə hədsiz gərgindir. Hətta ölkənin daxilindəki siyasət o qədər narahatdır ki, bu hərbi qurumlarda da biri-birinə zidd vəziyyət yaradır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.Onun sözlərinə görə, əlbəttə ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəməyən keçmiş, “Arsaxı” Azərbaycanın tərkib hissəsi kimi görməyən qüvvələr maraqlıdır ki, bu təxribatlar olsun: “Üstəlik son hadisələr də 24 aprel tarixi ilə üst-üstə düşdü. 24 apreldə də qisas almaq niyyəti ilə hətta Moskvada verlişdə axmaq bir qadın birbaşa türklərin, bizim hamımızın üzərinə nə qədər nifrət yağdırdı. Əslində ermənilər bir maşadırlar, beynəlxalq güclərin əlindədirlər. Buna görə də bu təxribatlar dayanmır və davam edəcək. Çünki baş nazirin mövqelərini sarsıtmaq, onu gözdən salmaq istəyənlər çoxdur.Azərbaycanla Ermənistan arasında hansısa münaqişə yaradıb Rusiyanı bura qatmaq istəyənlər də çoxdur. Rusiyanı da həvəsləndirirlər ki, Ukrayna alınmırsa, heç olmaya Qafqazda möhkəmlənə bilsin. Ona görə də bu təxribatlar davam edəcək. Amma Azərbaycan Respublikasının Prezidenti də birmənalı şəkildə bildirib ki, hər biriniz dəmiryolunu görəcəksiz”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər