PDF Oxu

Siyasət

  • 3 276

““Milli Şura” uğursuzluğa düçar olub” AÇIQLAMA

““Milli Şura” uğursuzluğa düçar olub” AÇIQLAMA

“Azərbaycan dövlətinin inkişafına, stabilliyinə və beynəlxalq aləmdə artan nüfuzuna qısqanclıq hissi ilə yanaşan xarici qüvvələr əlaltıları rolunda çıxış edən dağıdıcı müxalifət vasitəsilə uğurlara kölgə salmağa çalışırlar”. “Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, müxalifət lidelərinin özlərinə sərf edəndə və xarici qüvvələrin tapşırığı olanda onlar hansısa bir məsələ ilə bağlı bir araya gəlirlər: “Deyəsən, bu dəfə də müxalifətə növbəti bir tapşırıq gəlib ki, onlar aksiyaların keçirilməsi ilə bağlı çağırışlar edirlər. Onlara sual vermək lazımdır ki, bu illər ərzinsə siz müxalifət görün necə dəfə bu cür mənasız və heç kəsə lazım olmayan aksiyalar, mitinqlər keçirmisiniz, amma hər dəfə də uğursuzluğa düçar olnusunuz. Keçirdiyiniz aksiyalarda sizin yaxınlarınızdan və tanışlarınızdan başqa heç kəs olmayıb. Yəni uğursuzluğa düçar olmusunuz və bundan sonra da olacaqsınız. Bir sözlə, “Milli Şura”nın, AXCP-nin Müsavatın və digər xaricdən maliyyələşən qüvvələrin məkrli planları bu günə qədər baş tutmayıb və bundan sonrada baş tutmayacaqdır. Çünki onların Azərbaycan xalqı tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Demək olar ki, müxalifətin var olub, olmaması cəmiyyət üçün maraqlı deyil. Belə olan halda da, yaxşı olardı ki, müxalifət sakitcə öz yerində otursun”.

Müəllif: Gülyana

Digər xəbərlər