“Dünyada çox ciddi iqtisadi böhran davam edir”. SİA-nın verdiyi məlumata görə, bu sözləri parlamentin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, bu böhran Azərbaycana da ciddi təsirlərini göstərib: “Süni qiymət artımının Azərbaycanda qarşısının alınması üçün çox ciddi tədbirlər görülməlidir. Rusiyada bir sıra saytlarımıza qadağa qoyulub. Amma Azərbaycanda “Sputnik Azərbaycan” agentliyi fəaliyyət göstərir. Hesab edirəm ki, bu agentliyin fəaliyyəti dayandırılmalıdır. Mən bununla bağlı MEDİA və Mətbuat Şurasına müraciət edirəm ki, həmin agentliyin fəaliyyətinə baxılsın”.