PDF Oxu

Siyasət

  • 2 430

Azərbaycan diasporu dövlətimizi gücləndirir - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Azərbaycan diasporu dövlətimizi gücləndirir - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bu qurultay müasir tariximizin əlamətdar hadisələrindən biridir. Dünya Azərbaycanlılarının V Qurultayı məhz elə 44 günlük müharibədən sonra ilk dəfə işğaldan azad olunmuş ərazilərdə Qarabağın incisi, bizim müqəddəs və əziz məkanımız olan Şuşa şəhərində keçirilmişdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.Onun sözlərinə görə, Qurultayın Şuşa şəhərində keçirilməsinin çox böyük rəmzi mənası var: "Belə ki, atrıq işğaldan azad olunmuş ərazilərdə nəinki Azərbaycanın vətəndaşları, eyni zamanda xarici ölkələrdə yaşayan diaspora nümayəndələrimiz, soydaşlarımız qonaq olmuş və bu tədbirdə iştirak etmişlər. Nəzərə alaq ki, 44 günlük müharibə dövründə, eyni zamanda postmüharibə dövründə diaspora təşkilatlarının fəallığı göz qabağında idi. Çox fəal olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və 44 günlük müharibə zamanı ermənilərin işğalçılıq siyasəti ilə bağlı bir çox bəyanatlar səsləndirmiş, açıqlamalar vermişlər. beynəlxalq təşkilatlar qarşısında müzakirələr qaldırmışlar. Düşünürəm ki, bizim diasporamız həmin dövr ərzində olduqca fəal idi. Bu gün də regionda yeni rellıqlar, postmüharibəni nəzərə alaraq diaspora fəaliyyətində müəyyən yeniliklər olacaq, qarşıya qoyulan hədəflər, vəzifələr yenilənəcək. Yeni istiqamətlər müəyyənləşdiriləcək. Ölkə başçısı İlham Əliyev V Qurultayda çıxışı zamanı göstərdi ki, diaspora qarşısında böyük vəzifələr duru və o vəzifələrin öhdəsindən gəlmək üçün müəyyən istiqamətlər də müəyyən edildi. Bilirsiniz ki, ölkə başçısı çıxışında həm disporumuzun əvvəlki dövrlərdə olan fəaliyyəti ilə bağlı, qarşıda duran vəzifələrlə bağlı çıxışlar səsləndirmişdir.Həmçinin artıq bu gün Azərbaycan regionda sülh gündəliyini ortaya çıxarıb. Sülhün və təhlükəsizliyin bərqərar olunması ilə bağlı məsələləri gündəmə qoyub. Bu gün diasporumuzun əsas vəzifələindən biri də bu sülh gündəliyinin təbliğ edilməsidir, beynəlxalq aləmdə onların diqqətinə çatdırılmasıdır.Diasporumuzun əsas vəzifələrindən biri də postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması işində fəal iştirak etməkdir, bu işlərə xarici donorların, investorların cəlb olunmasıdır. Postmüharibə reallıqlrının dünya ictimaiyyətinə çatdırılması kimi vəzifələr durur. Azərbaycan diasporunun potensialını nəzərə alsaq düşünürəm ki, bu vəzifələrin öhdəsindən gələcək. Cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycan diasporu dövlətimizi gücləndirir. Ona xüsusi güc verir və Azərbaycanın xaricdə böyük yardımçısına vevrilir”.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər