PDF Oxu

Siyasət

  • 2 076

Biz torpağımıza ömürlük qayıtmışıq - ŞƏRH EDİLDİ

Biz torpağımıza ömürlük qayıtmışıq - ŞƏRH EDİLDİ

“Möhtərəm cənab Prezidentin dediyi bu sözlər, nəinki Azərbaycanda yaşayan 10 milyon azərbaycanlının, həmçinin 50 milyondan çox olan dünya azərbaycanlılarının dilindədir. Cənab Prezident tərəfindən edilən bu çağırış əsaslı və proqmatik formada həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.Onun sözlərinə görə, cənab Prezidentin maraqlı bir iş mexanizmi var: “Cənab Prezident tərəfindən verilən tapşırıq və qoyulan hədəf dərhal həyata keçirilir. Mütəmadi olaraq da cənab Prezident bu məsələlərlə tanış olur”.Deputat sözlərinə belə davam edib: “Qarabağda gedən böyük dönüş və böyük qayıdışa hazırlanma mərhələlərlə həyata keçirilir. Orada insanlara konfort həyat üçün şərait yaradılır. Bütün bunlar onu göstərir ki, biz torpağımıza ömürlük gəlmişik. Bu, bizim torpaqdır və biz buranı istədiyimiz kimi inkişaf etdirəcəyik.Böyük problem isə minalardır. Əfsuslar olsun ki, bu proses tez bitməyəcək. Aldığım məlumatlara görə azad olunmuş torpaqlarda 1 milyondan çox mina var. Bunu faşist ermənilər edib. Buna baxmayaraq biz istədiyimizə nail oluruq və həmişə də nail olmuşuq. Bu, bizim devizimizdir”.

Ayşən Vəli

Digər xəbərlər