PDF Oxu

Siyasət

  • 3 062

Bizim haqq səsimiz dünyada bundan sonra daha da ucalacaq – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Bizim haqq səsimiz dünyada bundan sonra daha da ucalacaq – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi və dünya azərbaycanlılarının bir araya gəlməsi, onların çıxışlarında səslənən fikirlər bir daha dünyanın müxtəlif ölkələrinə səpənmiş azərbaycanlıların birliyinin, həmrəyliyinin nümayişi oldu. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədrinin sözlərinə görə, dünya azərbaycanlıları bir daha bütün dünyaya bəyan etdilər ki, onarın qəlbi Azərbaycanladır, onlar ana torpaq, ana vətən uğrunda daim çalışmağa, səy göstərməyə, mübarizə aparmağa hazırdırlar.“Bu, unudulmaz tarix idi və qələbədən sonra Zəfər Qurultayının Şuşada keçirilməsi dünyaya bir daha göstərdi ki, Azərbaycan xalqı əyilməzdir, Azərbaycan xalqı mübarizdir, Azərbaycan xalqı sevincli günlərini, zəfər günlərini belə təntənə ilə qeyd etməyi bacarır. Azərbaycan Prezidentinin, cənab İlham Əliyevin qurultaydakı çıxışı hər birimizin ürəyini sevinclə doldurdu, bizdə çox böyük qürur hissi yaratdı. Cənab Prezident Şuşada keçirilən bu qurultayın böyük əhəmiyyətə malik olduğunu bildirməklə bərabər, qeyd etdi ki, artıq Qarabağ azaddır və biz bu gün azad Qarabağda, azad Şuşada dünya azərbaycanlılarının qurultayını keçiririk.Bu qurultayın adı Zəfər Qurultayıdır və bu təbiidir, çünki Azərbaycan xalqı 30 il bu günü, bu təntənəni, bu birliyi, bu zəfəri gözlədi və istəyinə nail oldu. Cənab Prezident bir daha xatırlatdı ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir. Əlbəttə ki, ölkəmizin başçsının dediyi bu sözlər hər birimizdə qürur hissi doğurur və bizim birliyimizin təmin edilməsi üçün bir zəmanətdir. Çünki bu gün dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar yaşadıqları ölkədə Azərbaycanın şöhrətini, Azərbaycanın şərəfini uca tutmaq üçün birliyi, mənəvi dəyərlərimizi yaşatmaq və təbliğ etmək üçün əllərindən gələni əsirgəmirlər. Diaspora təşkilatlarının təşkilatlanması, formalaşması, gündən-günə güclənməsi göstərir ki, bizim haqq səsimiz bundan sonra dünya ölkələrində daha da ucalacaq və Azərbaycan həqiqətləri bütün insanlara çatdırılacaqdır.Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycanın həyatında tarixi və əlamətdar bir hadisədir. Azərbaycan Prezidenti çıxışının sonunda qətiyyətlə bildirdi ki, Qarabağ Azərbaycandır və zalda iştirak edən bütün nümayəndələr bir səslə bu möhtəşəm ifadəni təkrar etməklə həqiqətən də Qarabağın daim Azərbaycanın unudulmaz məskəni olacağını təsdiqlədilər. Sevincimizə dünyada bizi istəyənlər şərik oldu və qurultay bir daha göstərdi ki, onun sədaları, onun tövhələri bundan sonra da Azərbaycan xalqının qəlbində yaşayacaq və dünya azərbaycanlıları bir yumruq kimi birləşərək Azərbaycanın müstəqilliyi, Azərbaycanın şöhrətlənməsi uğrunda öz səylərini əsirgəməyəcəklər”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər