“Dövlət tərəfindən məktəbəqədər təhsil müəssisələri tikilir. Bu təhsil müəssisələrinin fəaliyyətində səmərəlilik tam olaraq təmin edilməyib”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.Onun sözlərinə görə, hər bir uşaq bağçasında 12 qrup fəaliyyət göstərməli olsa da, burada 8 qrup fəaliyyət göstərir: “Nəticədə bizim uşaqlarımız bu təhsil müəssisələrindən istifadə edə bilmir. Hesablama Palatasının sədrindən xahiş edirəm ki, Təhsil Nazirliyi ilə hər hansı auditin keçirilməsi və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin təmin edilməsi üçün onlara lazımi tövsiyələr versin”.
Müəllif: Arzu Qurbanzadə