“Fransada Makronun növbəti dəfə hakimiyyətə gəlişi gözlənilən idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, Ukrayna hadisələri fonunda Amerikanın Avropa İttifaqını ciddi şəkildə cəzalandırdığı bir vəziyyətdə və eyni zamanda NATO-ya soyuq münasibət bəsləyən Lepeyin hakimiyyətə gəlməsi yolverilməz hal idi: “Bunun nəticəsi olaraq müəyyən qüvvələri olan Makron Fransada hakimiyyətə gəldi. Bu əslində Fransada sabit siyasətin davam etdiriləcəyi mənasını verir.
Qeyd etmək istərdim ki, Fransa ATƏT-in Minsk qrupunun üzvü olduğundan və eyni zamanda Avropa İttifaqının tərkibində əsas rol oynayan ölkələrdən biri olduğu üçün Azərbaycan və Avropa İttifaqı arasında olan münasibətlərə təsir edəcək. Düzdür, Fransada hakimiyyətdə kimin olmasından asılı olmayaraq onlar erməni dəyirmanına su atmaqla məşğul olurlar. Makronun artıq danışıqlarda təcrübəsi var və prosesləri digər prezidentliyə namizəd olan şəxslərdən daha yaxşı bilir. Ümid edək ki, o artıq realığı qəbul edər. Makron qeyri-sabit davranışı ilə seçilən prezidentlərdən biridir. Yaxşı olar ki, Fransa öz qarşısında olan təhlükəsizlik problemi və Avropa İttifaqı ilə bağlı olan çağırışlarını düşünsün. Cənubi Qafqazdakı proseslərdə isə Azərbaycanın ədalətli mövqeyini dəstəkləmiş olsun”.