PDF Oxu

Siyasət

  • 4 541

Ermənistan tərəfi destruktiv və pozucu hərəkətlərindən əl çəkmir - POLİTOLOQ AÇIQLADI

Ermənistan tərəfi destruktiv və pozucu hərəkətlərindən əl çəkmir - POLİTOLOQ AÇIQLADI

"Təəssüflər olsun ki, Ermənistan tərəfi destruktiv və pozucu hərəkətlərindən əl çəkmir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, ermənilərin törətdiyi son təxribat da bunu göstərir: "Təxribatın əsas məqsədi sərhədlərin delimitasiya və demarkasiya üçün komissiyanın yaradılması ilə bağlı işlərə müəyyən kölgə salmaq idi. Digər tərəfdən görünən odur ki, Ermənistanın siyasi rəhbərliyi prinsipiallıq, iradə göstərmir. Bunun da səbəbi odur ki, Ermənistanın daxilində vəziyyət xeyli mürəkkəbləşib və müxalifət ara-sıra mitinqlər keçirir. Hər halda onlara heç bir təzyiq göstərilmir ki, kontruktiv mövqedə dayansınlar. Ona görə də belə təxribatlar baş verir.

Düşünürəm ki, son nəticə etibarilə regionda müəyyənləşdirilmiş reallıqlar öz sözünü deyəcək. Ermənistanın daha konstruktiv addım atması üçün şərait yaradılacağına ümid edirik”.

Arzu Qurbanzadə

Digər xəbərlər