PDF Oxu

Siyasət

  • 3 196

Fransa dünyanın gözü qarşısında ağa qara deyir - DEPUTAT DANIŞDI

Fransa dünyanın gözü qarşısında ağa qara deyir - DEPUTAT DANIŞDI

“4 ay öncə keçirilən debat zamanı da mən qəti şəkildə fikrimi bildirmişdim ki, baş tutacaq seçkilərdə Makron yenidən Prezident seçiləcək. Belə də oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, Fransa cəmiyyəti nə qədər talatümlü siyasətin içində olsa da, sonda digər namizədlərə baxdıqda Makronun üzərində dayandılar: “Fransanın uzunmüddətli, oturuşmuş xarici siyasəti var və bu siyasətin içərisində Ermənistanın xüsusi rolu var. Bundan başqa Fransanın Ermənistana böyük bacılıq etməsi, çox təəssüf ki, Azərbaycanla Ermənistan arasındakı bu münaqişədə həmişə şərin yanında olması, Ermənistanı dəstəkləməsi görülüb. Fransa dünyanın gözü qarşısında ağa qara deyir. Bu proseslər bütün prezidentlər dövründə də bu cür davam edib. Fransa həmişə bütün gücü ilə Ermənistanı dəstəkləməyə çalışıb. Makron bunun nəticəsinin yaxşı olmadığını gördükdə birinci prezident müddətinin sonuna yaxın qismən də olsa özü bu sahədə olan siyasətinə düzəlişlər etməyə məcbur oldu. Bu isə Azərbaycanın gücünün, Azərbaycan Prezidentinin siyasi iradəsinin, beynəlxalq siyasətinin mükəmməl biliyinin nəticəsi idi.Yeni yaranmış reallıqlarda Azərbaycanın diqtəsi ilə baş verən hadisələrdən artıq Fransa özünün kənarda qaldığını və heç bir siyasi çəkisinin qalmadığının fərqində olduğunu hiss etdi. Fransa nizamlanma prosesinə qoşulmaq istəyirdisə, ən azı neytral mövqeyini göstərməli idi. Biz bu neytrallığı gözləsək də Fransa Prezidenti Makron son görüşlərdə hər halda Azərbaycan Prezidentinə bu məsələlərin həll olunmasında Azərbaycanın təqdim etdiyi 5 prinsipi dəstəklədiyini bildirib. Ümumi olaraq bu mənzərədə Cənubi Qafqaza sülhün gəlməsi görünür. Ümumi olaraq isə Fransada dəyişiklik olacağına inanmıram. Amma hər halda geosiyasi, geoiqtisadi olaraq Fransa da düzgün nəticə çıxarmalı və Minsk qrupunda olan həmsədrlik institunda göstərdiyi fəaliyyətsizliyi və yaxud da meylini ən azı neytral mövqeyə tərəf çəkməlidir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər