Çox sevindirici haldır ki, Dünya Azərbaycanlılarının V "Zəfər" Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı qədim Azərbaycan torpağı məhz Şuşa şəhərində möhtəşəm tədbirə ev sahibliyi edərək 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, dünya azərbaycanlılarının fəaliyyət dövründə yeni mərhələnin başlanğıcı kimi tarixdə yadda qalacaqdır.Qurultayın keçirilməsi üçün məhz Şuşanın seçilməsi bu şəhərin 50 milyonluq Azərbaycan xalqı üçün mənəvi dəyərinin nə qədər yüksək olduğunu göstərərək diasporun yeni tarixi mərhələdə fəaliyyət istiqamətlərini məhz bu şəhərdə müəyyənləşdirməsi xüsusi məna kəsb etmişdir.Tədbirin Şuşa şəhərində baş tutması Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözlərin gerçəyə çevrildiyini nümayiş etdirdi. Dünya Azərbaycanlılarının ilk qurultayı məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. Həmin qurultayda etdiyi tarixi çıxışında Ulu Öndər Qarabağ problemi ilə bağlı öz fikirlərini də bildirib və deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba yurduna qayıdacağını söyləmişdir.Şuşa bu gün hər bir Azərbaycan vətəndaşının, eləcə də xaricdə yaşayan soydaşlarımızın qürurunun ünvanıdır. Bu gün şəhərdə geniş bərpa işləri gedir. Lakin dövlətimiz vətəndaşlarımızın 28 illik həsrətdən sonra Şuşanı görə bilmələri üçün də imkanlar yaradıb. Təşkil edilən müntəzəm avtobus reyslərinə müraciət edənlərin sayının çoxluğu da Şuşa sevgisinin təcəssümüdür. Şuşa mədəni ənənələrini bərpa edir. Artıq ötən il şəhərdə «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Azərbaycan Milli Məclisinin «Şuşa İli»nə töhfəsi olaraq Şuşada parlamentin komitə iclaslarının keçirilməsinə başlanılıb.Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Ulu Öndər Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi. Ölkə Prezidenti İlham Əliyev cənablarının xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən deyib: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim”.Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular və bununla da Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoydular.Xalqımızın əzmi, Vətən sevgisi, Ordumuzun gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruğa” çevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyənləşdirir. Eyni zamanda, 30 illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsindən sonra yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb edir.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının baş məsləhətçisi