Ulu Öndərimiz Heydər Əliyevin 2001-ci ildə Dünya Azərbaycanlılarının birinci qurultayındakı nitqində qəti olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəyi, torpaqlarımızın işğaldan azad olunacağı və xalqımızın öz torpaqlarına qayıdacağı ilə bağlı fikirləri onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən reallığa çevrildi və dünyada müzəffər, qalib xalq kimi tanındı.44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra mədəniyyət beşiyimiz olan məhz "Şuşa İli"ndə Türk dünyasının mədəniyyət paytaxtı, Qarabağın ürəyi Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu Qurultayın Şuşada keçirilməsi dünya azərbayacanlıları üçün düşmən üzərində qazanılmış Zəfərin əhəmiyyətini göstərir. Şuşa Azərbaycan xalqının milli simvoluna çevrilib. Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayının işğaldan azad edilmiş Şuşada keçirməsi bu şəhərin əhəmiyyətini bütün dünyaya göstərdi.Aprelin 22-də keçirilən Dünya Azərbaycanlılarının V Zəfər qurultayında Azərbaycan Prezidentinin geniş və parlaq nitqində Zəfər qurultayının əhəmiyyəti, Azərbaycan diasporunun fəaliyyəti və onun qarşısında dayanan yeni vəzifələr, milli birliyimizin əhəmiyyəti, eləcə də regionda baş verən proseslər haqqında fikirlərini geniş şəkildə ifadə etmişdir. Dövlət başçımızın vurğuladığı kimi, Zəfər Qurultayı tarixi Qələbədən sonra ilk dəfə keçirilən böyük tədbirdir. Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır”.Qədim Şuşa şəhərində keçirilən Zəfər Qurultayı bütün dünyaya azərbaycanlıların birliyini və həmrəyliyini nümayiş etdirməklə, xalqımızın daha güclü və qüdrətli olduğunu sübut etdi. Əminik ki, Zəfər Qurultayı soydaşlarımızın milli mənlik şüurunun daha da güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına, Vətənə bağlılıq hisslərinin bundan sonra da yüksəlməsinə səbəb olacaq.
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsul əməkdaşı