"Azərbaycan-Macarıstan münasibətləri kifayət qədər yüksək səviyyədədir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Macarıstanla ticari, iqtisadi, mədəni sahələrədə dərin əlaqələr qurub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.Onun sözlərinə görə, bu gün Macarıstan türk dövlətləri təşkilatın da müşahidəçi qismində iştirak edir: "Mənim fikrimcə, bu mühüm əhəmiyyətə malikdir. Azərbaycan dövləti həm 44 günlük Vətən müharibəsindəki qalibiyyətinə, həm də güclənən iqtisadi-siyasi potensialına görə Cənubi Qafqazın liderin dövlətidir. Bundan əlavə Azərbaycan qoşulmama hərəkatının sədri kimi bəşəri problemlərə qarşı adekvat və çevik reaksiyaların formalaşdırmasında əsas lokomativ rol oynayır. Təbii ki, bütün bunlar Azərbaycanla-Macarıstan münasibətlərinin daha da dərinləşməsinə səbəb olur. Bu gün Azərbaycan tələbə mübadiləsində, təhsil sahəsində Macarıstanla kifayət qədər yaxşı əlaqələr qurub. Yəni azərbaycanlı tələbələrimiz Macarıstanda təhsil alaraq, qarşılıqlı şəkildə hər iki dövlət üçün xüsusi günlərdə ortaq tədbirlər həyata keçirdirlər. Avropanın inkişaf edən və yüksələn dövlətlərində biri kimi Macarıstanla əlaqələr bizim üçün proritet məsələlərdən birini təşkil edir. Macarıstanda Azərbaycanın regional və qlobal əhəmiyyətini dərk edir və bizimlə münasibətlərin daha da dərinləşdirmək məsələsini dövlət siyasəti halına gətirib. Türkiyəyə inteqrasiyanı əsas siyasi xətt hesab edən Salome Zurabişvilinin son seçkilərdən sonra yenidən hakimiyyətdə qalmağı Macarıstanın həm Azərbaycanla həm də türk dünyası ilə inteqrasiyasını sürətləndirərək ona daha böyük tövhələr verəcək”.
Müəllif: Banuçiçək Hüseynli