PDF Oxu

Siyasət

  • 2 986

Paşinyanın çıxış yolu birdir – üzərinə düşəni etmək revanşistləri kənarlaşdırmaq! ANALİTİK+AKTUAL

Paşinyanın çıxış yolu birdir – üzərinə düşəni etmək revanşistləri kənarlaşdırmaq! ANALİTİK+AKTUAL

Görünür, revanşistlər 44 günlük müharibədə diz çökmələri ilə nəticələnmiş qurşaqaltı zərbələri yavaş-yavaş unutmağa başlayıblar və belə davam etsə yenidən həmin zərbələri dadmalı olacaqlar...
İrəvanda sabiqlərin, keçmiş iqtidar təmsilçilərinin və eləcə də Nikol Paşinyan hakimiyyətindən istefa verənlərin bir araya gələrək formalaşdırdıqları müxalifətin fəaliyyətində son günlər daha da aktivlik müşahidə eidlməkdədir. Əbəs deyil ki, Qarabağ ermənilərinin klanları - Serj Sarqsyanın ətrafı hesab edilən və parlamentdə olan “Şərəfim var” fraksiyası, həmçinin İşxan Saqatelyanın əlində olan daşnaklar, Robert Koçaryan tərəfdarları, "5165" hərəkatı, habelə mövcud iqtidarın milli təhlükəsizlik xidmətinin sabiq rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanestsyan aprelin 17-dən etiraz aksiyaları keçirir, yolları bağlayır, aclıqlar elan edir, sosial şəbəkələrdə Paşinyan iqtidarının istefasını, eyni zamanda baş nazirin həbs olunaraq məhkəməyə cəlb edilməsini tələb edirlər. Qeyd edək ki, bu qruplar həm də revanşizm “ideyası” ilə siyasi fəaliyyət göstərir, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarla çıxışlar edir, müharibə tərəfdarları olduqlarını açıq şəkildə bəyan edirlər. Düzdür, onların ətraflarında elə də çox insanlar, tərəfdarlar olmasa da, fakt budur ki, müxalifət fasiləsiz aksiyalar keçirmək qərarında olduğunu bildirib və bununla erməni cəmiyyətini daha çıxılmaz dalana doğru sıxışdırıb öz maraqlarını təmin etməyə çalışırlar. Görünür, revanşistlər 44 günlük müharibədə diz çökmələri ilə nəticələnmiş qurşaqaltı zərbələri yavaş-yavaş unutmağa başlayıblar və belə davam etsə yenidən həmin zərbələri dadmalı olacaqlar...
Artıq polis və s. hüquq-mühafizə orqanları bir çox aksiya iştirakçılarını həbs edib və belə görünür ki, ölkədə vəziyyət get-gedə mürəkkəbləşməyə doğru inkişaf edir
Beləliklə, Ermənistanda anti-Paşinyan küçə yürüşləri davam edir. Daşnakların lideri, parlamentin vitse-spikeri İşxan Saqatelyan bəyan edir ki, küçə mübarizəsi davam edəcək. SİA xəbər verir ki, bu barədə ARKA erməni internet nəşri yazır.“Küçələrə çıxırıq ki, xain və dağıdıcı hakimiyyəti kənarlaşdıraq. Bu, hakimiyyət uğrunda mübarizə deyil, bu dövlətçilik və erməniçilik mübarizəsidir”, deyə daşnakların lideri özünün video-müraciətində bəyan edib. “Bu, bir partiyanın mübarizəsi deyil, ümummilli mübarizədir ki, daha sonra ümummilli müqavimətə keçid alsın. Bu, erməni dövlətçiliyinin qorunması və mühafizəsidir və kimlər ki, bizim kimi düşünürsə onlar buradadır və onlar bizimlə olduğu kimi bizə də onlarlayıq – bizim həmfikirlər, mübarizə üzrə kolleqalarımız”, Saqatelyan deyib.“Vətən” partiyasının lideri Vanetsyan isə deyib ki, belə bir mübarizədə iştirak edənlər öz vətənlərində yaxşı yaşamalıdırlar. “Ermənistanın mühüm tarixi yazılır, bu tarixi hərəkatdır”, deyə o bildirib və bütün ölkə boyunca tabe olmama aksiyaları göstərməyə çağırış edib. Onu da qeyd edək ki, revanşist müxalifət Ermənistanın müxtəlif vilayətlərindən insanları cəlb etmək üçün nəqliyyat da təşkil edirlər. Onlar may ayının 1-də İrəvanın mərkəzində böyük mitinq keçirmək qərarını veriblər. Artıq polis və s. hüquq-mühafizə orqanları bir çox aksiya iştirakçılarını həbs edib və belə görünür ki, ölkədə vəziyyət get-gedə mürəkkəbləşməyə doğru inkişaf edir.
Nikol Paşinyan: “Ermənistanın Şərqi ilə Qərbini bağlayan avtomobil və dəmir yollarının daha tez açılmasına hazır olduğumuzu bir daha təsdiq edə bilərəm”
Küçələrdə etiraz aksiyalarının keçirildiyi bir vaxta hökkumət iclasları keçirən Nikol Paşinyan özünün Rusiyaya səfəri barədə məlumatlar verib və Vladimir Putinlə hansı ətrafda söhbətlərin aparıldığını açıqlayıb. Onun sözlərinə görə, Moskva Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasını dəstəkləyir.“Mühüm prinsiplər üzərində razılaşmalar əldə olundu, yanaşmalarda Ermənistanla Rusiyanın vahid mövqeləri qeydə alındı”, deyə erməni baş naziri iclasda bildirib. SİTAT: “Mövcud məsələdə bizim mövqelərimizin vahidliyini bütün beynəlxalq partnyorlarla birgə qeydə alındığını deyə bilərik, mən Ermənistanın Şərqi ilə Qərbini bağlayan avtomobil və dəmir yollarının daha tez açılmasına hazır olduğumuzu bir daha təsdiq edə bilərəm”.
Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz hissəsinin 45 kilometrlik məsafəsinin tikinti dəyəri 200 milyon ABŞ dollarıdır – Ermənistanın boynundadır!
Paşinyan üçtərəfli qrupun Rusiyanın, Ermənistanın və Azərbaycanın patronajlığı altında qısa zamanda müvafiq sənədlərin hazırlanmasına və prosesin başlanmasına ümid etdiyini bildirib.Qeyd edək ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası üçün Ermənstan hökuməti dəmir yolunun Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz hissəsinin 45 kilometrini bərpa etmək öhdəliyini götürüb. Görüləcək işlərin dəyəri 200 milyon ABŞ dolları həcmindədir. Ermənistan məhz bu dəmir yolu vasitəsi ilə İrana, Rusiyaya çıxmağa, Azərbaycan isə Naxçıvanla dəmir yolu əlaqəsini qurmağa nail olacaq.Lakin müşahidə etdiyimiz kimi, Ermənistan rəhbərliyi dildə bir, əməldə fərqli münasibət nümayiş etdirir və bu ikili yanaşma əlbəttə ki, özünü “loyal” apardığını nümayiş etdirməyə cəhd edən Paşinyan hakimiyyəti barədə yeni suallar doğurmağa başlayır.
Dünya və Avropa banklarından pessimist proqnozlar
Bu arada onu da qeyd edək ki, Dünya Bankı özünün yaz proqnozunda regionun inkişafı qiymətləndirməsində Ermənistan iqtisadiyyatının yüsksəkişini 1,2 % azaldıb. Avropa Mərkəzi Bankı da bu barədə qiymətləndirmə aparıb. Avropanın Regional İnkişaf Bankı isə erməni iqtisadiyyatının cari il üzrə 5,3 % düşəcəyini poqnozlaşdırıb. Belə olan vəziyyətdə rəsmi İrəvanın üzərinə iri məsuliyyətlər dayanır və xüsusilə nəqliyyat kommunikasiyalarının açılması istiqamətində zəif iqtisadiyyatı ilə qalmış Ermənistanın xarici borca daxil olmaqdan başqa çarəsi də qalmır. Ancaq bu o demək deyil ki, Ermənistan üzərinə düşən vəzifələri yerinə yetirməyə bilər, heç də belə deyil...
Əks halda həm onun özü, həm də bütövlükdə Ermənistan düşdüyü bataqlıqdan çıxmağa müyəssər olmayacaq
Əgər bu gün ölkədəki revanşist müxalifət Paşinyana təzyiqlər göstərirsə onun həmin təzyiqlərdə görə hər hansı bəhanələrlə çıxış etməsi də nəticəsiz qalacaq. Bu gün yalnız Azərbaycan deyil, eləcə də Rusiya Ermənistanın üzərinə tələblər qoyub və bu tələblər yerinə yetirilməzsə demək ki, bunu güc yolu ilə həyata keçirməkdən başqa çarə də qalmır. Bu baxımdan, ölkədəki sabiq iqtidar nümayəndələrinin, daşnak və s. qüvvələrin küçə aksiyalarına başlamaları heç vaxt bəhanə hesab edilə bilməz. Əslində, Nikol Paşinyan qəti addımlar armaqla onların siyasi səhnədən uzaqlaşdırılması üçün hətta ən sərt güc tətbiqlərini də işə sala bilər. Əks halda həm onun özü, həm də bütövlükdə Ermənistan düşdüyü bataqlıqdan çıxmağa müyəssər olmayacaq. Xüsusilə, bundan əziyyət çəkən də məhz sadə erməni xalqı olacaq.

Rövşən RƏSULOV

Digər xəbərlər