Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının fəalları, Şuşa rayon 6 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi şəhid İsmayılov Sərdar Sərvər oğlunun ailəsini ziyarət ediblər. Görüşdə Sərdar İsmayılovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
sia.az