“Dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin Azərbaycana toplaşması təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycanın Cənubi Qafqaz regionunun əsas söz sahibi olması anlamına gəlir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu paltforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, bu tədbirdə eyni zamanda dövlət başçımız regionun gələcək rifahı ilə bağlı mühüm mesajlar verir: “Səslənən suallardan da aydın olurdu ki, bölgənin gələcəyi ilə bağlı beynəlxalq ekspertləri də maraqlandıran məsələlərə Azərbaycan prezidentinin münasibəti böyük maraq kəsb edir. Əsas mesajlardan biri dövlət başçımızın “biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib” idi. Azərbaycan bununla belə tədbirəri Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilməsini, hətta Ermənistandan da müəxəssislərin dəvət olunmasını mümkün sayr. Bu da ictimai diplomatiyanın, xalq diplomatiyasının başlanması deməkdir. Yəni, bu gün bğlgənin rifahı, dayanıqlı sülh və sabitliyin təmin olunması Azərbaycanın prioritetidir. Belə platformalar vasitəsilə beynəlxalq aləm Azərbaycanın sülhpərvər mövqeyini bir daha görmüş olur.
Builki forumun əsas üstünlüklərindən biri də beynəlxalq konfransın Qarabağda təşkil edilməsidir. Beynəlxalq konfransın iştirakçıları Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər.
Sevindirici haldır ki, Azərbaycan qısa müddətdə Şuşanı bölgənin diplomatik paytaxtına çevirib. BMT başda olmaqla nüfuzlu təşkilatların tədbirlərinin Azərbaycanın qədim Şuşada keçirilməsi buranı uzun illər erməni şəhəri kimi tanıtdırmaq cəhdlərinin də qarşısını alır. Hətta bəzi beynəlxalq ekspertlər arasında Şuşa ilə bağlı kitab da yazan var. Gələcəkdə bu cür xarici müəlliflərin çox olması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından olduqca vacibdir”.