PDF Oxu

Siyasət

  • 3 992

Azərbaycanın beynəlxalq aləmdə daha bir qələbəsi! ŞƏRH+AKTUAL

Azərbaycanın beynəlxalq aləmdə daha bir qələbəsi! ŞƏRH+AKTUAL

Prezidenti cənab İlham Əliyevin politoloqlarla açıq və səmimi dialoqu Cənubi Qafqaz regionu üzrə və ümumilikdə beynəlxalq məsələlərə dair analitik tədqiqatlar üçün ən yaxşı stimul idi

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda Şuşa şəhərində və paytaxt Bakıda keçirilən beynəlxalq konfrans dünyanın müxtəlif ölkələrinin beyin mərkəzləri üçün çox faydalı oldu. Artıq biz əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin politoloqlarla açıq və səmimi dialoqu Cənubi Qafqaz regionu üzrə və ümumilikdə beynəlxalq məsələlərə dair analitik tədqiqatlar üçün ən yaxşı stimul idi.

Beynəlxalq forumda iştirak etmək hər bir xarici qonağa bir neçə əsas məqamları müəyyən etmək üçün əhəmiyyətli idi, əsasən, Prezident İlham Əliyevin mühüm mesajlarını və çağırışlarını dilnəmək üçün

Konfrans çərçivəsində tədbir iştirakçıları Füzuli Beynəlxalq Hava Limanında oldular və işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə proseslərini izlədilər. Artıq beynəlxalq aləm də şahid olub ki, 44 günlük müharibədə mütləq qalibiyyət əldə edən Azərbaycan gələcəyə inamla baxır və dayanıqlı sülhə nail olmaqla regionu sabitlik və tərəqqi məkanına çevirmək məqsədini uğurla icra edir.

Digər tərəfdən, beynəlxalq forumda iştirak etmək hər bir xarici qonağa bir neçə əsas məqamları müəyyən etmək üçün əhəmiyyətli idi, əsasən, Prezident İlham Əliyevin mühüm mesajlarını və çağırışlarını dilnəmək üçün.

Birincisi, Azərbaycan dövlətinin Ermənistanın işğalından azad olunmuş ərazilərin inkişaf etdirilməsi planı möhtəşəmdir. Bu prosesin gedişində meydana çıxan bəzi çətinliklərə baxmayaraq, qısa zaman ərzində orada baş verənlər təqdirəlayiq nailiyyətdir. Eyni zamanda, irimiqyaslı bərpa-quruculuq işlərini və paralel olaraq dayanıqlı sülhə nail olmaq istiqamətində fəaliyyətləri həyata keçirmək üçün dəqiq vizyon və strateji dövlət planı mövcuddur.

Ermənistan yaranmış əlverişli şəraitdən səmərəli istifadə etməli, rəsmi Bakının təkliflərini müsbət dəyərləndirməlidir

İkincisi, Cənubi Qafqazın üç ölkəsi arasında ən güclü dövlət olan Azərbaycanın regionun gələcəyinə olan baxışını müəyyən etmək mənim üçün mühüm idi. Prezident İlham Əliyevin əməkdaşlıq, inkişaf, sülh və sabitlik kontekstində təşəbbüsləri göstərir ki, Azərbaycanın qonşuları, o cümlədən Ermənistan yaranmış əlverişli şəraitdən səmərəli istifadə etməli, rəsmi Bakının təkliflərini müsbət dəyərləndirməlidir. Bu baxımdan, dövlət başçımız haqlı olaraq bildirdi ki, bütün bu məqsədlərə nail olmaq üçün Ermənistan imzaladığı sənədə sadiq qalmalı və beynəlxalq ictimaiyyət bir çox problemlərlə üzləşən regionda əməkdaşlığın və sabitliyin gücləndirilməsi istiqamətində Azərbaycanın səylərini dəstəkləməlidir. Azərbaycanın xarici işlər naziri ilə görüşümüz də rəsmi Bakının diplomatiyasının əsaslarını öyrənmək üçün faydalı oldu.

Cənab İlham Əliyevin müdrik siyasəti ilə 30 ilə yaxın işğal altında qalmış ərazilərin cəmi 44 gündə azad olunması hərb və siyasət tarixində əlamətdar hadisə kimi qalacaq

Nəhayət, forum Azərbaycanın beynəlxalq beyin mərkəzləri ilə əməkdaşlığının dərinləşməsi baxımından mühüm addım idi. Azərbaycan rəhbərliyi nüfuzlu politoloqlara təklif və tövsiyələrini verdi, eyni zamanda, bu cür silsilə tədbirlərin təşkilinin vacibliyi vurğulandı.

Çıxarılan nəticə isə ondan ibarətdir ki, dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıların iştirak etdiyi və Azərbaycan siyasi rəhbərliyinin diqqət mərkəzində olan bu cür tədbirlərin təşkili politologiya baxımından ölkə rəhbərliyinin regional və beynəlxalq proseslərə sağlam baxışının təqdimatı kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti ilə 30 ilə yaxın işğal altında qalmış ərazilərin cəmi 44 gündə azad olunması hərb və siyasət tarixində əlamətdar hadisə kimi qalacaq. İndi isə regionda dayanıqlı sülhün və sabitliyin bərqərar olması, inkişaf və quruculuq uğrunda mühüm işlər reallaşdırılıb və bizlər qarşıda regional tərəqqi faktorlarının ehtiva etdiyi bütün reallıqlarının şahidləri olacağıq.

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri

Digər xəbərlər