"Müharibə əlillərinin sosial problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sosial siyasətin tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.Onun sözlərinə görə, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq problemi aradan qaldırılır: "Bu vaxta qədər ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub. Bakının Sabunçu rayonu ərazisində müharibə əlilləri və şəhid ailələri üçün nəzərdə tutulmuş doqquzmərtəbəli 12 binadan, 576 mənzildən ibarət yeni yaşayış kompleksinin istifadəyə verilməsi sosial tədbirlərin davamıdır. 44 günlük Vətən müharibəsindən sonra prezident İlham Əliyevin tapşırığına əsasən, mənzil proqramı 5 dəfə genişləndirilib, şəhid ailələri və müharibə əlillərinə 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Dövlət başçısı bir daha bəyan etdi ki, bütün şəhidlərimizin ailələrinin məişət problemlərini həll ediləcək.“Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib. Nəinki dövlət qurumları, istənilən insan çalışır ki, şəhid ailəsinə hansısa bir kömək göstərsin. Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək” deyən prezident İlham Əliyevin bu mövqeyi hər birimiz üçün nümunədir. Şəhid ailələri və müharibə əlilləri cəmiyyətin hər bir üzvü üçün əzizdir. Onların problemlərin həllində millət vəkilləri, məmurlar başda olmaqla hər kəs iştirak etməlidir. Çünki bu unsanlar Vətən uğrunda, bizim rahatlığımız, firavanlığımız naminə öz canlarından, sağlamlıqlarından keçiblər. Biz cəmiyyətin bu təbəqəsinə münasibətdə də milli həmrəylik nümayiş etdirməliyik".
yap,org.az