PDF Oxu

Siyasət

  • 3 069

İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnal

İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnal

29 Aprel 2022-cil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ADA universitetində, “Cənubi Qafqaz: ”İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda 23 ölkədən gəlmiş 40 konfrans iştirakçısı ilə görüş keçirmişdir. “Beynəlxalq Şuşa forumu” adlanan bu konfransda xarici iştirakçılar Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə səfər etmişlər. Bir sıra mühüm yenidənqurma və inkişaf layihələri,o cümlədən Füzulidə hava limanı və yeni Zəfər yolu ilə tanış ola bilmişdilər. Qonaqların nəzərinə çatdırılmışdır ki, cəsur əsgərlərimiz həmin yol boyunca irəliləyərək Şuşa şəhərini azad etmişlər, eyni zamanda erməni vandallarının törətdikləri vəhşiliklər onlara canlı şəkildə nümayiş etdirilmişdir. Məhz bu prinsiplər üzərində dayanaraq, Prezident İlham Əliyev Qarabağı dünyanın ən çiçəklənən və dinc bölgəsinə çevirmək məqsədini qoymuşdur. Forumun keçirilməsinin başlıca məqsədi Qarabağın tarixi, azadlıq müharibəsinin nəticələri, regional inteqrasiya, təhlükəsizlik və inkişaf məsələlərinə aid çağırışların müzakirəsinə həsr olunmuşdur “Xarici qonaqların səfəri zamanı müşahidə edilən dağıntılar l Qarabağ müharibəsinin dağıntıları yox, erməni vandalları tərəfindən 30 il ərzində törədilən barbarlığln nəticəsidir. “- bunu çıxışı zamanı xüsusilə vurğulayan Prezident İlham Əliyev bir daha dünyaya erməni vəhşiliyinin iç üzünü açmışdır. Kəlbəcər, Laçın, qismən Zəngilan və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı beynəlxalq konvensiyaların kobud pozulduğunu göstərir. Prezident çıxışında Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq planlarının olduğunu, bunu məhz dövlət büdcəsinin vəsaiti hesabına ödənildiyini bildirmişdir Qafqazda yeni eranın, sülhün 5 təməl prinsipi qəbul edilmiş, bu prinsiplər Ermənistanla sülhün əsasını təşkil etməlidir. Azərbaycanın təklifinə uyğun olaraq Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına razılıq vermiş, ll Qarabağ müharibəsindən il yarım keçdikdən sonra qarşı tərəfin sülh danışıqlarına getməyin nə qədər böyük əhəmiyyət daşıdığını anlamağından irəli gəlmişdir. Ümumiyyətlə, bu beynəlxalq forumun təkcə Şuşada yox, digər işğaldan azad olunmuş bölgələrdə də ardıcıl şəkildə qeyd olunmalıdır. Müntəzəm olaraq, regionda baş vermiş dəyişikliklər müzakirə olunaraq, ictimaiyyətə təqdim edilməlidir.Mühüm amil kimi növbəti forumun Laçında keçirilməsi müəyyənləşdirildi ki, bu məqamda Prezident İlham Əliyev Laçında inşa olunan hava limanının 2024 – cü ildə istifadəyə verilməsilə bölgənin ərazi ilə müntəzəm nəqliyyat əlaqələrinə malik olacağını bildirdi. Başlıca məqsədlərdən biri də, regiona yerli əhalinin geri qaytarılmasından ibarətdir ki, Azərbaycan bu istiqamətdə işlərini davam etdirir. Cənubi Qafqaz regionunun sülh və inteqrasiya məkanına çevrilməsi Ermənistan tərəfinin sülh danışıqlarına razılıq verilməsi prosesindən sonra aktivləşə bilər. Regionun çiçəklənməsi, Ermənistanın bölgədə hələ də qəbul edə bilmədiyi məğlubiyyətini tanıması, bu istiqamətdə keçirilən görüşlərə razılıq verməsindən asılıdır. Qaçılmaz faktdır ki, həm Türkiyə, həm də Azərbaycanla apardığı təcridçilik onu bir ada dövlətinə çevirmiş, bu isə ölkənin uzun müddət dayanmasına imkan verməyəcəkdir.Hal hazırda Ermənistan özü də bu reallığı dərk edir ki, revanşizmə qalxmaq bir dövlət kimi onun sonunu çatdıracaq, onsuzda çökməkdə olan iqtisadiyyat və əhalinin sayının azalması bu fikirdən onu daşındırmağa məcbur edir. Avropa İttifaqının Ermənistana ayırdığı 2,6 milyard avronu öz inkişafına qoyması daha məqsədə müvafiqdir ki, xaricdə olan erməni lobbisini də məhz Azərbaycanla danışıqlara yönəltmək başlıca prinsipə çevirəcəkdir.Azərbaycan artıq özü Madrid prinsiplərini hərb meydanında həll etmiş, güclü bir dövlətə çevrilmişdir.

Qarabağda inkişafı təmin edən faktorlardan biridə Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə müşahidə məntəqələrinin olmasıdır. Rusiyanın müvəqqəti sülhməramlı qüvvələri də yüklərin daşınması üçün Ömər aşırımının təhlükəli olduğunu anlayır, bu səbəbdən yeni tunelin çəkilişinə start verilmişdir. Rus sülhməramlıları üçün Moskvadan yüklər Bərdəyə, oradan da Xankəndində göndərilir.Qarabağda su ehtiyatlarından səmərəli şəkildə istifadə olunur, “Yaşıl zona” adlanan layihə ərazinin abadlaşmasına yönəldilmişdir. Bundan başqa “ağıllı şəhər”layihəsi də təsdiqlənmişdir ki, bu Layihə Ağdamda, “ağıllı kənd”layihəsi isə Zəngilanda həyata keçiriləcəkdir. Xüsusən də, Zəngilana ilk öncə qaytarılacaq əhalinin şəraitinin yaxşılaşdırılması başlıca plandır.Sonda Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanın bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kompaniyaların iflası deməkdir. Aprelin 28-də Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa - dirçəlişə gedən yol”postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar”adlı panel müzakirələrində Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılma imkanları nəzərdən keçirilmişdir.

Gülnar Qədirova
Xəzər rayonu, 124 nömrəli tam orta məktəbin direktor müavini

Digər xəbərlər