PDF Oxu

Siyasət

  • 3 841

Atıcılıq yarışı keçirilmişdir

Atıcılıq yarışı keçirilmişdir

YAP Ağcabədi rayon təşkilatının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq may ayının 4-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin və Ağcabədi rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ağcabədi şəhər 2 saylı tam orta məktəbin idman zalında məktəblilər arasında atıcılıq üzrə rayon birinciliyi keçirmişdir.Tədbiri Ağcabədi rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov açmış, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik-leytenant Qabil Rzayev və YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Nazim Bünyatov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamışlar.Gərgin keçən idman mübarizəsində Ağcabədi şəhər 6 saylı tam orta məktəbin komandası I-ci yer, Ağcabədi şəhər 2 saylı tam orta məktəbin komandası II-ci yer, Ağcabədi şəhər 3 saylı tam orta məktəbin komandası III-cü yerə layiq görülmüşlər. Yarışlarda həmçinin yüksək nəticə əldə etmiş 3 nəfər oğlan və 3 nəfər qız diplomla təltif edilmişlər.

Zümrüd

Digər xəbərlər