PDF Oxu

Siyasət

  • 2 097

Azərbaycan xalqının bəşəriyyət qarşısında çox böyük xidmətləri var - DEPUTAT ŞƏRH ETDİ

Azərbaycan xalqının bəşəriyyət qarşısında çox böyük xidmətləri var - DEPUTAT ŞƏRH ETDİ

“II Dünya müharibəsi illərində bəşəriyyətin faşizm taunundan xilas edilməsində Azərbaycan xalqının müstəsna rolu olub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.Onun sözlərinə görə, azərbaycanlılar SSRİ-nin vahid ordusunun tərkibində, eyni zamanda əlahiddə Azərbaycan diviziyaları ilə birlikdə qələbə qazanılmasında ön cəbhədə xüsusi qəhrəmanlıq göstəriblər: “Azərbaycan xalqı arxa cəbhədə də əməyi ilə qələbənin qazanılmasına öz töhfəsini verib. Bundan əlavə ərzaq təminatında da xalqımız müstəsna rola sahib olub. Azərbaycanlılar partizan hərəkatında və antifaşist hərəkatında birgə itirak ediblər. Azərbaycanlılar yəhudiləri narsist caynağından, həbs düşərgələrindən qurtarıblar.Azərbaycanlılarla birlikdə olan yəhudilərə kəlmeyi-şəhadəti öyrədib, onları ölüm pəncəsindən xilas ediblər. Azərbaycan xalqı bütün bəşəriyyət qarşısında bir narsist Almaniyasının məğlub edilməsində böyük xidmət göstərib. 44 günlük müharibədə qazanılan qələbələr, torpaqlarımızın azad edilməsi sadəcə torpaqlarımızın azad edilməsi deyil. Bu dünyanın erməni yalanlarından, erməni faşizmindən xilas edilməsidir. Narsistlərlə əməkdaşlıq edən, terroru dövlət səviyyəsinə qaldıran, narsizmi qəhrəmanlaşdıran şəxslərə abidə qoyan Ermənistanın məhvi erməni faşizminin məhvi deməkdir. Buna görə də Azərbaycan xalqının bəşəriyyət qarşısında çox böyük xidmətləri var”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər