PDF Oxu

Siyasət

  • 2 736

QHT-nin gəliri var ki, ayda bir neçə min manat kirayə pulu versin? - DEPUTAT

QHT-nin gəliri var ki, ayda bir neçə min manat kirayə pulu versin? - DEPUTAT

“Bütün dünyada insan alveri, zorakılıq və buna bənzər cinayətlərin qurbanlarına xidməti əsasən qeyri-kommersiya təşkilatları həyata keçirir”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.Onun sözlərinə görə, bizdə də bu qismən belədir: “Qeyd etməliyik ki, dövlət tərəfindən göstərilən kömək kifayət deyil. Qeyri-kommersiya, yəni qeyri-hökumət təşkilatlarına daha çox vəsait və resurslar verilməlidir. Azərbaycanda insan alveri, zorakılıq sahəsində fəaliyyət göstərən və DİN-nin də əməkdaşlıq etdiyi təşkilatlar var. Bu təşkilatların xeyli problemi var və bu problemlər dövlət səviyyəsində həll edilməlidir. Bu təşkilatlara infrastrukturu olan sığınacaqlar niyə dövlət tərəfindən təmin edilməsin? QHT-nin gəliri var ki, ayda bir neçə min manat kirayə pulu versin? Məcbur olub, bir yerdən o biri yerə köç edirlər, bu da xidmətin keyfiyyətinin aşağı düşməsinə və qurbanların ikinci dəfə didərgin düşməsinə səbəb olur”.

Müəllif: Arzu Qurbanzadə

Digər xəbərlər