PDF Oxu

Siyasət

  • 2 301

Bəzilərinin baxışları onun silah götürməsinə icazə vermir - Siyavuş Novruzov

Bəzilərinin baxışları onun silah götürməsinə icazə vermir - Siyavuş Novruzov

“44 günlük Vətən müharibəsi özü göstərdi ki, hərbi çağırışla ordu sıralarına cəlb olunanlarla müqavilə ilə işə cəlb olunanlar arasında fərq var”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.Onun sözlərinə görə, bu, aprel döyüşlərində də özünü göstərmişdi: “Ali Baş Komandanımız tərəfindən elə yeni texnikalar orduya cəlb edilib ki, onu işlətmək üçün adi çağırışçı yox mütəxəssis lazımdır. Ona görə də müqavilə əsasında bu prosesə tam keçməyimizə ehtiyac var. Bununla onlar təhsilini də davam etdirə bilərlər. Bu məsələlər gələcəkdə qanunlarda nəzərə alınmalıdır. Bəzi insanların sağlamlığı imkan versə də, bəzilərinin baxışları onun silah götürməsinə icazə vermir. Ərazi bütövlüyümüz təmin olunduğu üçün biz artıq alternativ xidmətlə bağlı düşünməliyik. Alternativ hərbi xidmətlə bunu qarışdırmaq olmaz. Bu, alternativ xidmətdir. Bütövlükdə Türkiyə modelini də nəzərə alsaq, gələcəkdə ordu sıralarımızın təkmilləşdirilməsi üçün biz bu addımları atmalıyıq”.

Müəllif: Arzu Qurbanzadə

Digər xəbərlər