PDF Oxu

Siyasət

  • 2 784

YAP Kəlbəcər rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirib

YAP Kəlbəcər rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirib

Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində YAP Kəlbəcər rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatları təsis edilib. Bu münasibətlə keçirilmiş təsis iclaslarında çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə 1993-cü ildə ikinci dəfə qayıdışı nəticəsində islahatlar yolu ilə cəmiyyətin yeni bir mərhələyə transformasiya prosesi başladı. Azərbaycan 1990-1993-cü illərdə çox ağır bir tənəzzül dövrünü yaşayırdı. Yenicə müstəqilliyini qazanmış Azərbaycanda hakimiyyətdə olan mövcud iqtidar bir sıra sahələrdə çox yarıtmaz iş aparırdı. 1993-1996-ci illərdə inkişafın əsas şərti olan ölkədaxili milli-vətəndaş qarşıdurması dayandırıldı, ictimai-siyasi sabitlik bərpa edildi, yeni və ardıcıl daxili, xarici, milli dövlət quruculuğu və sosial-iqtisadi siyasət yürüdüldü. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin siyasi kursunu davam etdirməklə yanaşı, həm də onu yeni şəraitin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirir. Bu günün reallığı və tarixi faktdır. Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı.Bu zəfər qətiyyətli sərkərdənin “dəmir yumruğ”u, qüdrətli ordunun şücaəti, xalqın liderinə sarsılmaz inamı sayəsində reallaşdı. Bu qələbə ilə Azərbaycan dövləti 2 əsrlik münaqişəyə, 30 illik müharibəyə son qoydu, torpaqlarımız düşmən tapdağından azad edildi, yüz minlərlə insanın ağır kədərlə daşıdığı məcburi köçkün statusu ləğv olundu, soydaşlarımızın yurd, torpaq həsrətinə son qoyuldu. Bu baxımdan, YAP-ın VII Qurultayında vacib qərarların qəbul edilməsi, yeni Nizamnamənin təsdiqlənməsi, partiya rəhbərliyində baş verən dəyişikliklər, yeniliklər də təşkilati nöqteyi-nəzərdən böyük önəm daşıyıb.

Xüsusilə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi onun dövlət başçısı İlham Əliyevlə birlikdə Azərbaycana daha möhtəşəm uğurlar qazandırmasına əsaslanır.
Çıxış edənlərdən Kəlbəcər rayon 99 nömrəli tam orta məktəbin direktoru İsmət Nəcəfov, Kəlbəcər rayon 8 nömrəli tam orta məktəbin direktoru Rəna Nadirova, Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbin direktoru İradə Baxışova, Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbin direktoru Rəcəb Rəcəbli, müəllimlərdən Kamran Nəsibov, İzzət Bayramov və digərləri bildiriblər ki, Ümummilli lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd etmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər ciddi tarixi və siyasi əsaslara söykənir.
Ümumiyyətlə, tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 760 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb.
Çıxışlardan sonra cari məsələlərə baxılıb.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Gəncə şəhəri, Hacıməlik yolu Yeni qəsəbə”də fəalliyyət göstərən Kəlbəcər rayon 99 nömrəli tam orta məktəbdə, Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 8 nömrəli tam orta məktəbdə, Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbdə və Qəbələ şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 31 nömrəli tam orta məktəb ünvanları üzrə partiya fəallarının müraciətləri əsasında yeni ərazi partiya təşkilatları təsis edilib.
İsmət Nəcəfov “Kəlbəcər rayon 99 nömrəli tam orta məktəb” Rəna Nadirova “Kəlbəcər rayon 8 nömrəli tam orta məktəb” İradə Baxışova “Kəlbəcər rayon 109 nömrəli tam orta məktəb” Rəcəb Rəcəbli “Kəlbəcər rayon 31 nömrəli tam orta məktəb” ərazi partiya təşkilatlarına sədr seçiliblər.
Ərazi partiya təşkilatının yeni seçilmiş sədrləri göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.

yap.org.az

Digər xəbərlər