PDF Oxu

Siyasət

  • 4 589

Azad edilmiş hər bir rayonda bərpa quruculuq işlərinə start verilib ŞƏRH

Azad edilmiş hər bir rayonda bərpa quruculuq işlərinə start verilib ŞƏRH

Ermənistanın bəşəriyyətə və insanlığa qarşı yönələn terror siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə ciddi ziyan vurmuşdur. Ekologiyaya qənim kəsilmiş ermənilər işğal etdikləri ərazilərdə meşə zolaqlarının vəhşicəsinə qırılmasını və yandırılmasını, Araz çayı və qollarının çirkləndirilməsinı, flora və fauna növlərinin məhv edilməsinı, mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsini dövlət siyasətinə çevirmişlər.Azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma işləri ilə bağlı vurğulamaq istərdim ki, hazırda bu torpaqlarda infrastruktur layihələri sürətlə reallaşır. Düşməndən təmizlənən ərazilər Magistral yolların inşası yüksək səviyyədə gerçəkləşdirilir. Azad olunmuş bütün ərazilər “yaşıl enerji” zonası elan edilib və o torpaqlarda əsasən bərpaolunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə nəzərdə tutulub. Bir milyondan çox insan üçün evlərin tikilməsi və infrastrukturun yaradılması da diqqətdə saxlanılır. Müzakirələrdə Prezident İlham Əliyevin bildirdiyi kimi, Livan boyda ərazilərdə işlər görülməlidir, bunların böyük hissəsi dağlıq ərazilərdir ki, bu da layihələrin icrasını müəyyən qədər çətinləşdirir. Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimiz gücü, qüdrəti ilə qarşıya qoyulan bütün bərpa-quruculuq layihələri yüksək səviyyədə reallaşdıracaq. Bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur.Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, hazırda bərpa proqramları sürətlə reallaşdırılır, Qarabağ torpaqlarına yeni nəfəs verilir, yeni ruh gətirilir. Bir sözlə, Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirmək yolunda Azərbaycanı heç bir maneə dayandıra bilməz.

Mirqiyam Məmmədov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı

Digər xəbərlər