05 may 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının və Cəlilabad rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş, “Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfrans başlamazdan öncə Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətləri, ölkəmizin iqtisadi, siyasi və mədəni təşəkkülündəki rolu barədə geniş və əhatəli məruzə etmiş, Ulu Öndərin ideyalarının əbədiyaşar olduğunu vurğulamışdır.Sonra çıxış edən Cəlilabad rayon gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov, YAP fəalları F.Əzizov, G.Məmmədova, A.Cəfərov, S.Şahmarova, R.Məmmədov, Vətən Müharibəsi qazisi A.Nəzərov və başqaları son dövrdə xalqımızın yaşadığı şərəfli, qürurlu hadisələrdən, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun nəticəsi olaraq qazanılmış möhtəşəm qələbəmizə aparan yoldan, Şanlı Ordumuzun qazandığı böyük zəfərin əhəmiyyətindən söz açmışlar.Tədbirin sonunda bir qrup partiya fəalı YAP Cəlilabad rayon təşkilatının fəxri fərmanları ilə təltif edilmişdir.
sia.az