Bu gün Azərbaycan Film Fondunda Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Azərbaycan Dövlət Film Fondunun direktoru, kinorejissor Cəmil Quliyev, kinorejissor Elxan Qasımov, Ayaz Salayev, kinoşünas Aydın Kazımzadə və digər mədəniyyət xadimləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Film Fondunun direktoru, kinorejissor Cəmil Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan kinosuna verdiyi böyük töhfədən danışıb.O bildirib ki, Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan kinematoqrafiyası beynəlxalq miqyasda tanınmağa başlandı: “Məhz həmin dövrdən başlayaraq Azərbaycan kinosunda çox vacib və mühüm hadisələr baş verdi”.
Arzu Qurbanlı