Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və bu gün İlham Əliyev tərəfindən davam etdirilən siyasət ətrafında daha da sıx birləşmşik
XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Lakin o da bəllidir ki, Uca Tanrı hər millətə, xalqa təhtəlşüur, Vətəni vəə xalqı üçün yanan, canını fəda edən Lider bəxş etmir. Məhz bu baxımdan, bu gün biz fəxrlə, qürurla deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır! Xalqımızın dahi şəxsiyəti, bütün Türk dünyasının fəxri Heydər Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yeri tutur.
Bu gün Azərbaycan xalqının qəlbində Ulu Öndər, Ümummilli Lider kimi həkk olunmuş Heydər Əliyev dühası ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi, bütün dünyada yaxşı tanınmış və artıq öz sağlığında tarixə düşmüş nəhəng şəxsiyyətdir.
Azərbaycanın müasir siyasi tarixinin bir çox səhifələri Ulu Öndər Heydər Əliyevlə, Onun çoxtərəfli və genişmiqyaslı zəngin dövlətçilik fəaliyyəti ilə bağlı olmuşdur
Dünya şöhrətli siyasətçi! Bəli, Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti minillik tariximizin ən mühüm, şərəfli və böyük bir mərhələsini təşkil edir. Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli anlarında xilaskarlıq simvoluna çevrilərək Azərbaycan xalqınıın ruhuna bir nəfəs kimi qayıdan, onu canı-qanı qədər sevərək hifz edən, milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına çiyinlərini heç nədən çəkinmədən mərdliklə verən xarqüladə şəxsiyyət olduğu aşkar görünür!
Azərbaycanın müasir siyasi tarixinin bir çox səhifələri Ulu Öndər Heydər Əliyevlə, Onun çoxtərəfli və genişmiqyaslı zəngin dövlətçilik fəaliyyəti ilə bağlı olmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas etmişdir. Qədirbilən xalqımız əsla və heç vaxt bu reallığı, bu əhəmiyyətli məqamı unutmur və unutmayacaq, əksinə yaşadacaq və gələcək nəsillərə ötürəcək.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz əməli fəaliyyəti ilə, özü də planlı və məqsədyönlü şəkildə mübarizə və mücadilə aparırdı
Bu gün hər birimiz bilirik ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Hətta hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsinin olduğunu qeyd etsək əsla yanılmarıq. Ümmummilli Lider Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyətdir və hamı onun nə dərəcədə əlçatmaz olduğunu çox gözəl bilirdi.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz əməli fəaliyyəti ilə, özü də planlı və məqsədyönlü şəkildə mübarizə və mücadilə aparırdı. Bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin – müstəqil Azərbaycanın təməl daşı Heydər Əliyevin ideya müəllifliyi və birbaşa başçılığı ilə qoyulmuşdur.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı da dünyanın ən Böyük Azərbaycanlısı, Ulu Öndər Heydər Əliyevə məxsusdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər milli lider olduğunu nümayiş etdirmişdir. Xalqımızın tarix boyu qərarlaşmış, milli dəyərlərinin bərpa edilməsi Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin, əxlaq normalarımızın, dinimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli ruhda tərbiyə edilməsi Heydər Əliyevin liderlik qayəsini müəyyən edən cəhətlərdən idi.
Ölkəmizin iqtisadi, hərbi, siyasi, sosial və s. cəhətdən tərəqqisi reallığı da bilavasitə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursun inkişafının bariz təntənəsidir
Bu gün Heydər Əliyev məktəbinin ən layiqli müdavimi, Onun layiqli, siyasi və mənəvi varisi – Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev cənabları məhz Onun müəyyən etdiyi siyasi kursu uğurla davam etdirir. O cümlədən, bu gün ölkəmizin iqtisadi, hərbi, siyasi, sosial və s. cəhətdən tərəqqisi reallığı da bilavasitə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursun inkişafının bariz təntənəsidir. Artıq azad edilmiş Qarabağ torpaqlarımızda bərpa və çiçəklənmə dövrünə qədəm qoyulub və bütün bunlar Ulu Öndər Heydər Əliyevin vaxtilə səsləndirdiyi tarixi kəlamı ilə - “Biz Qarabağa geri dönəcəyik” vədi ilə sübuta yetirilib.
Azərbaycan dünyanın mərkəzi roluna çevirlməsi ilə yanaşı, həm də söz sahibinə çevrilmiş müstəqil dövlət faktorunu bütün özəl paralellikləri ilə isbatlayır və bizlər – dövlətini, Vətənini sevən Azərbaycan vətəndaşları daha güclü ölkə amilini reallaşdırmaq uğrunda Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və bu gün İlham Əliyev tərəfindən davam etdirilən siyasət ətrafında daha da sıx birləşmşik. Yeni qələbələr və yeni zəfərlər isə bizləri gözləyir!
Rəhman MUXTAROV,
YAP Masallı rayon təşkilatının GEM ərazi partiya təşkilatının sədri