Siyasət

  • 2 654

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu öndərin məzarını ziyarət edib

image

Mayın 10-da - xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.Azərbaycan Respublikasının Dövlət Himni səslənib.Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoydular.Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoydular.Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüldü.

Digər xəbərlər