Siyasət

  • 1 745

Erməni sabiqlərdən sual... niyə bizi dəstəkləmirsiniz?

image

Aha...deyəsən yenə də nəsə tapıblar. Yox, deyəsən bu dəfə bu keçərli olacaq. Effekt verə biləcəyini də düşünürlər. Özünüz baxın, bu gün Ukraynada hərbi eskalasiya davam edərkən daha çox mütəxəssis və beynəlxalq ekspert yaxınlaşan qlobal ərzaq böhranı və hətta aclıq təhlükəsindən danışırlar.

Amma Nikol Paşinyan başda olmaqla Ermənistan hökuməti artan bu təhlükələrə və ümumiyyətlə, ölkənin ərzaq təhlükəsizliyi probleminə heç bir əhəmiyyət vermir.

Demək lazımdır ki, bu elə də balaca məsələ deyil a...

...Daha sonra, bu il ölkənin kənd təsərrüfatı sektoru qırmızıda ilişib qalıb. Ümumi istehsal əvvəlki illə müqayisədə 1,1 faiz azalıb. Azalmaqda davam da edir. Amma Nikolun kadrosu, yəni iqtisadiyyat nazirliyi Vahan Kerobyanın sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalında yüksək artım tempini təmin etmək üçün, guya sözün əsl mənasında əlindən gələn hər şeyi edir.

İndi bu Kerobyandan soruşan gərək, əgər doğrudan da əlindən gələn hər şeyi edirsənsə, bəs onda necə olur ki, bu ilin 1-ci rübündə kənd təsərrüfatının ümumi məhsulunun həcmi 2021-ci ilin 1-ci rübü ilə müqayisədə 5,4 faiz, əvvəlki dövrlə müqayisədə isə 77 faizdən çox azalır,.. hıy?

Əlavə edək ki, bu da elə balaca məsələ deyil a...

...Yenə də daha sonra, o gün ölkənin mərkəzi bankı məlumat yayıb deyir ki, martda ümumi inflyasiyanın həcmi guya 7,4 faiz olub. Amma Ermənistan statistika komitəsinin bu ilin 1-ci rübünün yekunlarına əsasən verdiyi məlumata görə, bu göstərici bir ay ərzində artaraq 7,8 faizə çatıb. Hələ, sın demə, bu da son deyilmiş, çünki, indi də inflyasiyanın 8,4 faizə çatdığından danışırlar. Danışılırsa, deməli...doğrudur. Bu gün ölkədə təkcə ərzaq məhsulları və içkilərin deyil, həm də benzinin, dizel yanacağının da qiymətləri müvafiq olaraq ikirəqəmli faizlərlə arta-arta gedir.

Bütün bunların günahkarı kimdir, təbii ki, Nikol Paşinyan hökuməri... Ona görə də, bu hakimiyyət getməlidir...

Bunu bu gün bu meydana yığılanlar istəyir. Bəli, erməni xalqı yox, bu meydana yığılanlar...

...Maraqlısı bilirsiniz nədir?

...Bu gün Ermənistanda Paşinyan siyasətinin tam uğursuzluğa düçar olduğunu sübut etməyə çalışıb bununla bağlı təkzibolunmaz faktlar göstərənlərin qarşılaşdıqları sual bilirsiniz nədir? Onlar soruşurlar “...bəs onda bizim bu “yüksək keyfiyyətli təbliğat və təşviqatımızdan”, sonra niyə siz sadə ermənilər belə bir hakimiyyəti devirməyə çağıranları, yəni bizi dəstəkləmirsiniz?”

Qeyd edək ki, bu sualı hazırda “özünü müxalifətçi kimi təqdim edib” erməniləri İrəvan küçələrində yürüşə çağıran sabiqlər verirlər.

Ağasəf Babayev

Digər xəbərlər