PDF Oxu

Siyasət

  • 2 498

Rusiya-Ukrayna müharibəsi ilin sonuna kimi davam edəcək - POLİTOLOQ DANIŞDI

Rusiya-Ukrayna müharibəsi ilin sonuna kimi davam edəcək - POLİTOLOQ DANIŞDI

“Rusiya-Ukrayna gərginliyinin 2022-ci ilin sonuna qədər davam edəcəyini düşünürəm. Ümumilkdə aktiv savaş fazalarının yaxın və qısa müddətdə yekunlaşacağını güman etmirəm”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.Onun sözlərinə görə, Rusiyanın Ukraynadan tələb etdiyi haqsız məsələlər var ki, bu məsələlərdə Ukrayna razılıq verməyəcək. Həmçinin bir çox Avropa ölkələri və qurumları eyni zamanda Amerika və NATO həm maddi, həm də hərbi silah sursat baxımından Ukraynaya geniş çaplı dəstək göstərir. Bu köməkliyin fonunda Ukraynada özünün müdafiə və müqavimət imkanlarını daha da genişləndirir. Sonuncu olaraq ABŞ-ın tarixdə 2-ci dəfə Lend-Liz haqqında qanun qəbul etməsi Ukraynanın imkanlarını daha da genişləndirdi. Ona görə, bu müharibənin hələ ki, uzun müddətli olacağı praqnozlaşdırılır. Bütövlükdə isə düşünürəm ki, iki dövlət arasındakı bu gərginlik yaxın 5-10 il ərzində davam edəıcək. Hətta müharibə bitsə belə postmüharibə dönəmin də Rusiya-Ukrayna münasibətlərini düzəltmək çox çətin olacaqmış kimi görünür. Fikrimcə, Ukrayna xalqı bu faciədən sonra hansısa rus yönümlü siyasi qüvvələrin yenidən Ukraynada iqtidara gəlməyinə rəvaç versin. Bu baxımdan savaşdan sonra ki dönəm üçündə Ukrayna ilə bağlı bir sıra probnelmlərin davam edəciyini və ümumilikdə bu savaşın nəticələri bütün dünya siyasi mənzərəsi üçün yaxşı olmayan nəticələr vəd edəcəyini güman edirəm”.

Müəllif: Banuçiçək Hüseynli

Digər xəbərlər