PDF Oxu

Siyasət

  • 2 578

YAP Tərtər rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib

YAP Tərtər rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib

12 may 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və aparatın məsul əməkdaşlarının iştirakı ilə Bəyimsarov ərazi partiya təşkilatında partiya fəalları ilə növbəti görüşünü keçirib. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsinin şəhidlərinin əzizi xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək bildirdi ki, tarixdə adı dövlətçiliyin simvoluna çevrilən az sayda liderlər var. Müstəqil dövlətçiliyimizin ən müasir tarixi belə bir Liderin Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin ideyaları dünənimizin, bugünümüzün və gələcəyimizin əsasıdır. Ümumilli lider Heydər Əliyevin adı çəkiləndə göz önünə Azərbaycanın, Azərbaycan deyiləndə Ümummilli Liderin adının gəlməsi də bu bağlılığın möhkəmliyini nümayiş etdirməklə yanaşı, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının aydın təsəvvürünü yaradır. Ulu öndər Heydər Əliyevin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri də özündə bütün bu məqamları ehtiva edir.Eldar Əsədov həmçinin bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri , Möhtərəm Prezidentimiz İlham Əliyev və Yeni Azərbaycan Partiyasının sədr müavini, Birinci vitse–prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfəri yeni müəssisələrin təməlqoyma mərasimləri, bəzilərinin isə açılışı ilə yadda qalır. Bu kimi səfərlərin məhz Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə Füzuli və Şuşa şəhərlərinə səfərləri zamanı da bunun şahidi olduq. Prezident İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar, o cümlədən onun həm Şuşada, həm də Füzulidə bərpa-quruculuq prosesinin gedişatı ilə şəxsən tanış olması, müvafiq göstərişlər verməsi, əslində, Azərbaycanın iradəsinin ifadəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev əslində çıxışının sonunda bu ifadəni bir cümlədə ifadə edərək bildirdi ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir. Eldar Əsədov həmçinin Yeni Azərbaycan Partiyasının yürütdüyü daxili və xarici siyasət, Möhtərəm Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarının, nitqlərinin əhali arasında geniş təbliğ olunmasında partiya üzvlərinin üzərinə düşən vəzifələrdən danışaraq müvafiq tapşırıq və tövsiyələrini vermişdir.İclasda çıxış edən partiya fəallarından Elşən Əsədov, Elnur Xıdırov, Mehriban Hüseynova, Ramiz Quliyev və Şəfiqə Hidayətova da öz çıxışlarında bildirmişlər ki, gördüyü işlərlə tarixdə əbədiyyət qazanan ümummilli lider Heydər Əliyevi böyük ehtiram və sevgi ilə yad etdiyimiz ulu öndərin fəaliyyətinə həsr olunan görüşlərimiz və tədbirlərimizdə dahi şəxsiyyətin keçdiyi həyat yolu¬nu, müstəqil və güclü Azərbaycan naminə etdiyi böyük fədakarlıqları bir daha xatırladıqlarını vurğuladılar. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərini yüksək qiymətləndirirək tikinti-bərpa quruculuq işləri ilə yaxından tanış olmasını və maraqlanmasını diqqətə çatdıraraq ölkəmizdə dövlətin və dövlətçiliyin vətəndaşlara olan yüksək qayğısı kimi dəyərləndirdilər.

Rəfiqə

Digər xəbərlər