PDF Oxu

Siyasət

  • 2 858

Şuşa dünyanın kiçik şəhər-muzeyinə çevrilir - DEPUTAT ŞƏRH ETDİ

Şuşa dünyanın kiçik şəhər-muzeyinə çevrilir - DEPUTAT ŞƏRH ETDİ

"İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə Qarabağa səfər ediblər". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.Onun sözlərinə görə, ölkə başçısı Qarabağa və Şərqi Zəngəzura hər səfərində bu bölgədə hər hansı bir obyektin təməlqoyma mərasimində, bərpa və ya təmir işlərinin gedişinin izləməsində iştirak edir: "Bu, o deməkdir ki, dağıdan, obyektləri uçurdan vandal ermənilərin əksi olaraq, Azərbaycan öz torpaqlarını yenidən qurur və tikir. Cənab Prezident növbəti səfəri çərçivəsində həm Füzulidə, həm də Şuşada bir neçə obyektin təməlqoyma mərasimində, parkın salınmasında, obyektlərin açılışında iştirak etdi və bərpa işlərinin gedişi ilə tanış oldu.Dövlət başçısı səfər zamanı bir sıra maraqlı fikirlər söylədi. Prezident bildirdi ki, heç kim bu məsələdə bizə təsir göstərə bilməz: “Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq”. Təbii ki, bu həm Ermənistana, həm də bütün dünyaya bir mesajdır. Bu gün Şuşanın mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərinə çevrilməsi istiqamətində cənab Prezident və Heydər Əliyev Fondu çox gərgin şəkildə işlər görür. Artıq Şuşanın təkcə Azərbaycanın və Qafqazın yox, dünyanın kiçik şəhər-muzeyinə çevrilməsi yolunda çox önəmli addımlar atılır. Şuşada keçirilən tədbirlər, festivallar, konfranslar onu deməyə əsas verir ki, artıq dünyanın incisi olacaq bu şəhər mədəni dəyərləri təbliğ edən bir şəhərdir. Bu, həm də hər bir azərbaycanlının multikultural dəyərlərlə tərbiyə olunmasını göstərir. Biz bununla dünyaya özümüzü mədəni dəyərləri özündə ehtiva edən bir xalq kimi təqdim edirik”.

Arzu Qurbanzadə

Digər xəbərlər