Siyasət

  • 1 905

Məşhur Məmmədov: “Müzəffər Ali Baş Komandanın Füzuli və Şuşa şəhərlərinə səfəri Böyük Qayıdışı daha da yaxınlaşdırdı” ŞƏRH

image

“İlyarımdır torpaqlarımızın sahibinə qovuşmasının sevincini yaşayırıq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun yazdığı şanlı tarix ölkəmizin qarşısında geniş imkanlar açdı. Postmünaqişə dövrünün reallıqlarının qəbulu və həyata keçirilməsi istiqamətində biri-birindən mühüm addımlar atılır. Bu mərhələnin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra, noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri, bu səfər çərçivəsində ölkə Prezidentinin Füzulidən Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verməsi xalqımızda böyük ruh yüksəkliyi, qürur hissi yaratdı. Tarixi torpaqlarımıza edilən ilk səfər Böyük Qayıdışın başlanmasından xəbər verdi. Diqqət yetirsək görərik ki, ötən il dövlət başçısının bölgələrə 47 dəfə səfəri olmuşdur ki, bunların 32-si işğaldan azad edilmiş ərazilərə idi. 32 səfərin 7-si isə Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşa şəhərinə idi. Mədəniyyət paytaxtımız Şuşa iki ilə yaxındır ki, çal-çağırlı, toy-büsatlıdır”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, milllət vəkili Məşhur Məmmədov SİA-ya açıqlamasında deyib.Məşhur Məmmədov qeyd edib ki, hər gün qonaqlarını qarşılayan musiqi beşiyimiz 28 ildən sonra “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpəsindən sevinclidir. Artıq ikinci dəfədir ki, “Xarıbülbül” musiqi festivalı keçirilir: “Şuşa tarixi sahibinə qovuşduğu gündən neçə-neçə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi, iki dost Azərbaycan və Türkiyənin müəttəfiqliyini tədiqləyən sənədin imzalanmasına şahidlik edib. Şuşa 28 ildən sonra dünyanın müxtəlif ölkələrində yaşayan, hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində əsas amillərdən olan diplomatik mübarizədə Azərbaycanın Qələbəsinə öz töhfələrini verməyə səy göstərən və 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizdə payı olan dünya azərbaycanlılarını bir araya gətirib dünyaya səs salan Zəfər Qurultayına ev sahibliyi etdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 10-da Füzuli və Şuşa şəhərlərinə səfərləri öz rəmzi mənası ilə diqqətdədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin doğum günündə reallaşan bu səfər bir daha ata vəsiyyətinin yerinə yetirilməsindən yaranan sevincin, qürurun təqdimatı oldu. Ölkə Prezidenti Şuşadan müraciətində də bu məqamı xüsusi qeyd etmişdir ki, mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir və Qarabağ Azərbaycandır!”.Millət vəkili onu da əlavə edib ki, ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə, azad Şuşaya hər bir səfəri, çıxışlarında yer alan çağırışlar, mesajlar möhtəşəm gələcəklə bağlı aydın təsəvvürlər yaradır: “Hər bir səfər Böyük Qayıdışdan xəbər verir. İlyarım ərzində bu torpaqlarda həyata keçirilən bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirmək kifayətdir. Görülən işlər, müəyyənləşdirilən prioritetlər, gələcəyə yönələn addımlar bu ərazilərimizin qarşıdakı dövrdə böyük investisiyalar məkanına çevriləcəyinin təqdimatıdır. Ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl Azərbaycanın davamlı uğurlarına, hər bir hədəfə yüksək səviyyədə nail olmasına yol açır. Hazırda Azərbaycanın hər bir bölgəsi quruculuq meydançasını xatırladır. Dövlət başçısı İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi işğaldan azad edilmiş torpaqlarda Böyük Qayıdışdan sonra atılacaq addımların, həmçinin bu torpaqların ölkəmizin dayanıqlı inkişafına verəcəkləri töhfələrin ümumi mənzərəsini yaradır. Füzulidə və Şuşada görülən işlərin fonunda işğaldan azad edilmiş bütün torpaqlarımızın bərpasını və yenidən qurulması prosesini təsəvvür etmək mümkündür. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə saldılar. Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Sonra şəhərdə yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisində ağac əkdilər. Həmçinin 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu”.Məşhur Məmmədov bu günədək görülən və qarşıdakı dövrdə görüləcək işlər fonunda bu ümumiləşdirməni aparıb ki, bütün addımların əsasında soydaşlarımızın gələcəkdə bu torpaqlarda daha rahat yaşayışlarının təmin edilməsi dayanır. Dövlət başçımızın dediyi kimi: “Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər