Siyasət

  • 1 858

Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə agacəkmə aksiyası keçirilib

image

Bu gün 12 may - Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşəbbüsü ilə AQTA, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, keçirilən aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.Qeyd edək ki, ictimaiyyətin bitkilərin mühafizəsinə cəlb edilməsi, bitki zərərvericiləri və xəstəliklərinin məhsul itkisinə səbəb olması barədə maarifləndirilməsi, sağlam bitkilərin ekosistemə müsbət təsiri və qida təhlükəsiziliyinin vacibliyinin diqqətə çatdırılması məqsədilə hər il may ayının 12-si Beynəlxalq Bitki Sağlamlığı Günü kimi qeyd olunur.

sia.az

Digər xəbərlər