Siyasət

  • 2 296

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş futbol yarışı başa çatıb

image

Ağstafa Rayon İcra Hakimiyyətinin, YAP Ağstafa rayon təşkilatının, Ağstafa rayon Gənclər və İdman idarəsinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar təşkil olunan mini futbol üzrə Ağstafa Rayon Çempionatı başa çatıb.

Çempionatın final görüşü Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş və bu ilin martında istifadəyə verilmiş Həsənsu kənd tam orta məktəbin açıq idman meydançasında təşkil olunub.
20 komandanın iştirak etdiyi çempionatda Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası 1-ci, “Kapital Bank”ın Ağstafa rayon filialının komandası 2-ci, “İz oil” müəssisəsinin komandası 3-cü yeri tutublar.
Daha sonra I, II, III yerləri tutmuş komandaların üzvləri ilə mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, aparatın məsul işçiləri, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları iştirak ediblər.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti bu gün Prezident İlham Əliyevin diqqəti nəticəsində uğurla davam etdirilir, ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Xüsusi diqqət ayrılan idman sahələrindən biri də futboldur. Futbolçularımızın peşəkarlığının artırılmasına göstərilən davamlı qayğı, futbolun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni stadion və idman bazalarının yaradılması ölkədə bu sahənin inkişafına böyük təkan vermişdir. Seymur Orucov qalibləri təbrik edərək, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Qeyd olunub ki, çempionatın keçirilməsində əsas məqsəd ulu öndərin xatirəsini yad etmək, eyni zamanda, mini futbol idman növünün rayonumuzda inkişaf etdirilməsi, istedadlı futbolçuların aşkar edilməsi, idarə, müəssisə və təşkilatlar arasında yoldaşlıq, dostluq əlaqələrinin gücləndirilməsidir.
Sonda yarışın qalibləri diplom, medal və kubokla təltif olunublar.

yap.org.az

Digər xəbərlər