Siyasət

  • 2 880

YAP Lənkəran rayon təşkilatında partiyanın gənc fəalları ilə görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatında gənc partiya fəalları ilə görüş keçirilib.

Tədbirdə YAP Lənkəran rayon təşkilatının məsul işçisi Böyükağa Axundov, YAP rayon təşkilatı 4 saylı ərazi partiya təşkilatının sədr müavini Cəmil Quliyev iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda canından keçən şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Böyükağa Axundov ulu öndər Heydər Əliyevin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu bildirib. Vurğulayıb ki, hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib. 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasəti daha da şaxələndirilərək, yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib. Ölkədə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət orqanlarında gənclərin üstünlük təşkil etməsi göstərir ki, Prezident İlham Əliyev gənclərlə bağlı siyasətə xüsusi həssaslıqla yanaşır.
Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatı 4 saylı ərazi partiya təşkilatının sədr müavini Cəmil Quliyev partiyanın siyasi dinamizmini təmin edən amillərdən birinin məhz uğurlu gənclər siyasətinin reallaşdırılması olduğunu söyləyib.
Müzakirə formatında davam edən görüşdə gənclərin təklifləri dinlənilib, sualları cavablandırılıb.

yap.org.az

Digər xəbərlər