Siyasət

  • 2 455

Ucarda Birinci Qarabağ müharibəsi şəhidi Habil Rzayevin məzarı ziyarət olunub

image

Ucarda Birinci Qarabağ müharibəsi şəhidi Rzayev Habil Müslət oğlunun 60-cı doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, şəhid ailələri - şəhid leytenant Elnur Vəliyevin atası Əli Vəliyev, şəhid gizir Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, şəhid əsgər Hikmət İbrahimovun atası Zaur İbrahimov, şəhid Xəyal Cəbrayılovun atası Rafiq Cəbrayılov, Ayaz Əhmədov adına Xələc kənd tam orta məktəbin müəllim və şagird kollektivi, Xələc kənd ərazi partiya təşkilatının üzvləri şəhidin Xələc kənd qəbiristanlığında məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri qoyub, ruhuna dualar oxuyublar.
Şəhid Habil Rzayevlə eyni qəbiristanlıqda uyuyan şəhid Həsənov Natiq Həsənqulu oğlunun və şəhid Məmmədov Qeys Məmməd oğlunun da məzarları ziyarət olunub.
Daha sonra tədbir Habil Rzayevin orta təhsil aldığı Xələc kənd tam orta məktəbdə davam edib.
Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət nümunələrindən və şəhidlərin şərəfli döyüş yolundan söhbət açıblar.
Şəhid Habil Rzayevin həyat yoldaşı Rəna Rzayeva və qardaşı Əlirza Rzayev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda məktəblilərin təqdimatında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.
Qeyd edək ki, Habil Rzayev 1994-cü il aprelin 11-də Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

yap.org.az

Digər xəbərlər