Siyasət

  • 2 820

Bu gün Ermənistan uçurumun astanasındadır - ŞƏRH EDİLDİ

image

“Bu gün Ermənistanda baş verən revanşist separatçı hərəkat Ermənistan üçün yaxşı heç nə vəd etmir. Çünki Ermənistan 44 günlük Vətən müharibəsində tamamilə darmadağın oldu. Həmçinin, bundan əvvəlki vaxtlarda da Ermənistanın bir dövlət kimi inkişafından söhbət gedə bilməzdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.Onun sözlərinə görə, xarici ölkələrin təsiri altında olan, həm siyasi, həm də iqtisadi baxımdan müstəqil olmayan Ermənistan bu illər ərzində heç bir inkişafa nail ola bilmədi: “Xüsusilə də, 44 günlük Vətən müharibəsində Ermənistan ən ağır şəkildə məğlubiyyətə uğradı. Biz döyüş meydanında onlara böyük bir dərs verdik. Tamamilə olmayan ordu darmadağın edildi”.Sahil Kərimli sözlərinə belə davam edib: “Ermənilər bütün bunlardan dərs götürməlidir. Bu gün Ermənistan uçurumun astanasındadır. Onların yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalamaqdır. Revanşist qüvvələrin vəziyyəti gərginləşdirməsi Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşmasının qarşısını alır”.

Ayşən Vəli

Digər xəbərlər