15 may 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi Ceyhun Əliyev, Vətən müharibəsi şəhidlərinin ataları, bacı və qardaşının, Bərgüşad kənd ərazi partiya təşkilatının fəallarının iştirakı ilə 13 oktyabr 2020-ci il tarixdə Goranboy-Ağdərə rayonları istiqamətində şəhid olmuş, 16 oktyabr 2020-ci il tarixdə rayonun Bərgüşad kənd qəbiristanlığında dəfn olunmuş əsgər Mehdili Niftalı Qnyaz oğlunun 26-cı doğum günü münasibətilə məzarı ziyarət olunmuş, məzarın önünə tər-çiçəklər qoyulmuş, ruhuna dualar oxunmuşdur. Tədbir iştirakçıları həmiçinin Niftalı Mehdili ilə eyni məzarlıqda dəfn edilmiş, Birinci Qarabağ müharibəsi şəhidlərinin – Azayev Heydər Əlövsət oğlunun, Gülalıyev Ayaz Hökümalı oğlunun, Əlhəsənov Adət Əlişirin oğlunun, Cavadov Mirələm Məhyəddin oğlunun, Baloğlanov Elxan Əlihüseyn oğlunun və Xudaverdiyev Ramazan Abduləli oğlunun (rəmzi) məzarlarını ziyarət etmiş, məzarların önünə tər-çiçəklər qoyulmuş, ruhuna dualar oxunmuşdur. Həmçinin Vətən müharibəsi şəhidi Məmmədli Şahı Elman oğlunun ailəsi ziyarət olunmuşdur. Tədbir şəhidin böyüyüb boya-başa çatdığı evdə ehsan süfrəsində davam etmişdir. Mehdili Niftalı Qnyaz oğlu 15 may 1996-cı ildə anadan olmuşdur. Ailədə 5 qardaş,1 bacı arasında 5-ci uşaq,4 oğlan övladı idi. Bərgüşad kənd 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra marketlərdə çalışmışdır.03 iyul 2014-cü ildən 02 yanvar 2016-cı ilədək Azərbaycan Ordusundan xidmət etmişdir. Hərbi xidmətdən sonra yenidən "Bazarstori"marketdə çalışmışdır. 21 sentyabr 2020-ci ildə səfərbərliyə alımışdır.Xidmətinin 23-cü günündə - ömrünün 24 yaş, 4 ay, 28-ci günündə - 13 oktyabr 2020-ci il tarixdə ŞƏHİDLİK ZİRVƏSİNƏ ucalan el oğullarından oldu. Niftalı Mehdili subay idi. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. İllər keçəcək, amma ŞƏHİDLƏRİMİZ Azərbaycanımızın şərəfli tarixində əbədi yaşayacaqdır.
sia.az