Mən Avropa İttifaqı (Aİ) ölkələrinin şirkətlərini biznes qurmaq üçün gələcək perspektivlərin artmaqda olduğu Azərbaycana yeni baxışla baxmağa dəvət edirəm.
Bu sözləri Aİ-nın Azərbaycandakı Nümayəndələyinin rəhbəri səfir Peter Mixalko deyib.O bildirib ki, bu gün təqdim olunan Aİ-Azərbaycan Biznes Mühiti Hesabatının 2021-ci il buraxılışı nəinki mövcud biznes mühitinin müstəqil qiymətləndirilməsini təmin edir, həm də əvvəlki illərlə müqayisədə perspektiv dəyişiklikləri görməyə imkan verir.“Biz qəti şəkildə inanırıq ki, Aİ-Azərbaycan Biznes Forumu iqtisadiyyatın şaxələndirilməsi məqsədini yerinə yetirməkdə Azərbaycana dəstəyini davam etdirəcək”,- deyə Peter Mixalko qeyd edib.
yap.org.az