"Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın bölgələrə, xüsusilə də işğaldan azad olunmuş ərazilərə səfər etməsi özlüyündə bir daha dünyaya mesajlar verir". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.Onun sözlərinə görə, bir daha bu torpaqlarda bizim mövcudluğumuzu isbat edir, qələbəmizi bir daha dünyaya nümayiş etdirir: "Bu səfərlərin hər birinin arxasında bölgənin dirçəldilməsi, layihəıərin daha sürətli şəkildə həyata keçirilməsi dayanır. Prezidentin işğaldan azad olunmuş ərazilərə səfər etməsinin arxasında Azərbaycanın güclü iqtisadiyyatı, büdcəsi, xalqın öz dövlətinə olan etimadı dayanır. Prezident İlham Əliyev hələ iki il bundan əvvəl torpaqlarımız işğaldan azad olunan zaman qeyd etdi ki, "bu torpaqları yenidən dirçəldəcəyik, bu torpaqlara əvvəlkindən də gözəl libas geyindərəcəyik". Prezident bu fikirləri ilə həm xalq, həm də dünya qarşısında vəd verdi və bu vəd qısa bir zaman ərzində reallaşdı".
Arzu Qurbanzadə