PDF Oxu

Siyasət

  • 2 631

Azərbaycan və Türkiyyənin dostluq münasibəti birlik nümunəsidir - ŞƏRH

Azərbaycan və Türkiyyənin dostluq münasibəti birlik nümunəsidir - ŞƏRH

Azərbaycan Respublikasının və Türkiyyə Cumhuriyyətin dostluq və gardaşlıq münasibəti dünya siyasətinə təsir göstərən birlikdir. İstər ikinci Qarabağ savaşında, istərsə də müharibədən sonra ki proseslərdə, həmçinin hər bir siyasi gedişatda bir millət iki dövlət amili mühüm rol oynamışdır. Zəfər salnaməsinin 44 günündən sonra ölkəmiz siyasi arenada xüsusi uğurlara imza atmışdır.Türkiyyə Cumhuriyyəti bu istiqamətdə Azərbaycana daim öz dəstəyini göstərmişdir. 2021-ci ilin iyun ayının 15-də imzalanan Şuşa bəyannaməsi bir daha qardaş ölkə ilə dostluq münasibətinin həm sözdə, həmçinin sənəd üzərində təsdiqini təsbit etdi. Bizim Türkiyyə ilə gardaşlıq münasibətinin təzahürü Füzuli hava limanının açılışında cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan ilə ölkə prezidenti cənab İlham Əliyevin birgə açılış lentinin kəsilməsi ilə təsdiq edildi. Bəli budur birlik, budur dostluq və qardaşlıq prinsipi.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Türkiyəyə çox saylı səfərləri içərisində may ayının 14-də ki səfəri çox böyük əhəmiyyət kəsb edir. Ölkə Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərinin əsas məqsədi Azərbaycan və Türkiyə prezidentlərinin Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi olmuşdur. Qeyd olunan hava limanında cənab İlham Əliyevi Türkiyənin cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan qarşılamışdır.Daha sonra hər iki ölkə başçısı açılışda iştirak edərək nitq söyləmişlər. Hər iki Prezidentin çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətt üzrə inkişafi böyük məmnunluq hissi ilə qeyd edilmişdir.

Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər