PDF Oxu

Siyasət

  • 3 171

Azərbaycanlı millət vəkili erməni deputatını necə "əzdi"? MARAQLI MÜNASİBƏT

Azərbaycanlı millət vəkili erməni deputatını necə "əzdi"? MARAQLI MÜNASİBƏT

Rasim Musabəyov: “Mövcud subyekt vaxtilə Azərbaycana qarşı olmayan atom nüvə başlığının atılması ətrafında təhdidlər edirdi”

“Ermənistan hökumətinin sabiq rəhbəri Qrant Baqratyan bu yaxınlarda müxalifətin İrəvanda keçirdiyi mitinqlərinin birində çıxış edərkən deyib ki, onların ölkələri sağalmaz xəstəliyə düçar olub”. SİA xəbər verir ki, bu haqda Milli Məclisin deputatı Rasim Musabəyov bildirib və erməni deputatının fikirlərinə münasibətini açıqlayıb. Onun sözlərinə görə, bu diaqnozla razılaşmamaq mümkün deyil.Belə ki, həmin xəstəlik xronikidir və Ermənistanın müasir tarixi boyunca özünü göstərib: “Belə yerdə Azərbaycanın köhnə atalar sözü yada düşür: “Dəlidən doğru xəbər”. Məsələ ondadır ki, professorsayağı bəyanatına, keçmiş baş nazir postunda olmasına və parlamentdəki deputatlığına baxmayaraq, Baqratyanın özü adekvat və düşünən insan təəssüratı yaratmır”.Rasim Musabəyov digər bir məqamı da xatırladaraq Baqratyanın vaxtilə hansı münasibət nümayiş etdirdiyi barədə fikir bildirib: “Kifayət qədər xatırlatmaq olar ki, mövcud subyekt vaxtilə Azərbaycana qarşı olmayan atom nüvə başlığının atılması ətrafında təhdidlər edirdi. Onun tərəfindən Ermənistan iqtisadiyyatının sağaldılması reseptlərinin təklif edilməsi bir çox mütəxəssislərdə ironik gülüşlər doğurur. Mitinq keçirənlərin tribunalarında Qrant Baqratyanın görünməsi isə belə deməyə əsas verir ki, erməni müxalifətinin işləri pisdir və biabırçı sonluğa doğru hərəkət edir”.

Rövşən RƏSULOV

Digər xəbərlər