"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin çox böyük əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, Azərbaycanda “Teknofest” festivalının keçirilməsi çox önəmli bir hadisədir: "Türkiyə Prezidentinin Azərbaycana səfər etməsi, "Teknofest" festivalında iştirakı onu göstərir ki, Türkiyə Azərbaycan ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Eyni zamanda da cənab Prezident İlham Əliyev Türkiyədə Rize-Artvin hava limanının açılışında iştirak etməsi ikitərəfli əlaqələrə birmənalı olaraq çox müsbət təsir göstərəcək bir amildir. Hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək. Hər zaman olduğu kimi müxtəlif vacib sənədlər imzalanacaq. Bu sənədlərin imzalanması Türkiyə-Azərbaycan müansibətlərinə öz ciddi töhfəsini verəcək".
Arzu Qurbanzadə