“Sərbəst toplaşmaq hüququ Azərbaycan qanunvericiliyində insan hüquqları kateqoriyasına aid edilən mühüm hüquqlardan biridir. Bütün dünyada “Covid-19” pandemiyası ilə bağlı hökumətlər insanların sağlamlığı və təhlükəsizliyi ilə bağlı amillərdən irəli gələrək bu sahədə bir sıra məhdudiyyətlər tətbiq etmişdilər. Pandemiya ilə bağlı yumşaldılma tədbirlərindən sonra ayrı-ayrı ölkələrdə olduğu kimi, müəyyən siyasi dairələrin dirçələcəyi gözlənilən idi, lakin bu dirçəlişin arxasında ölkə daxilində “5-ci kolon” təmsilçilərinin, habelə onların hərəkətlərini istiqamətləndirən və koordinasiya edən bəlli qlobal maliyyə mərkəzlərinin də olması anlaşılan və izah olunandır”.Bunu “Səs” qəzetinə açıqlamasında MDHP sədr müavini, politoloq Elşən Manafov deyib. Onun sözlərinə görə, Qarabağ uğrunda mücadilədə qalib gəlməyimizdən sonra bölgədəki yeni geosiyasi reallıqları nə Qərbdəki "həmkarlarımız", nə də müharibədəki məğlubiyyət acısının əvəzini çıxmaq, revanş götürmək cəhdlərində bulunan ermənilər qəbul edə bilmirlər: “İctimai rəyi azdırmaq, konsolidasiya olunmuş cəmiyyəti parçalamaq məqsədi ilə onlar mövcud iqtidara qarşı birbaşa siyasi mübarizə suları ilə deyil, cəmiyyətimizdə qadın hüquqlarının pozulması, guya qadınlara qarşı şiddət və mərkəzin yüksəlməsi pərdəsi altında aparmağa çalışırlar. Azərbaycanda ana və qadına münasibətin kifayət qədər həssas olmasının mahiyyətinə varan bu qüvvələr, məhz bu sahədə problemlərin yüksələn xətlə artdığını guya ki, iqtidarın bu sahədə həyata keçirdiyi siyasətlə əlaqələndirə, vəziyyət isə tamamilə bunun tərsinin olduğunu söyləməyə əsas verir. Bu gün ölkədə təhsil sahəsində çalışanların təxminən 72%ni, səhiyyədə 58% qadınlar təşkil edirlər. Ölkənin 1-ci vitse prezidenti, parlamentin spikeri qadındır, millət vəkillərinin təxminən 21% qadındır, ali təhsilli qızlarımızın sayı durmadan artır, qadınlar artıq ölkənin təkcə humanitar sahələrində deyil, güc strukturlarında, ədliyyə və məhkəmə sistemində çəkişməkdədirlər. Təəssüf ki, dövlət səviyyəsində həyata keçirilən tədbirlərə, maarifçilik, təbliğat işlərinin aparılmasına baxmayaraq ayrı-ayrı ailələrdə qadın və qızlara qarşı şiddət, onlara yuxarıdan aşağıya baxmaq kimi hallar qalmaqdadır, lakin bunlar bizim cəmiyyətimiz üçün xarakterik deyil, bu sahədə mövcud problemləri təkcə inzibatçılıq, qanunvericilik yolu ilə qaldırmaq mümkün deyil, sivil ölkələrdə olduğu kimi, doğuma nəzarət və qadınların təhsil səviyyələrinin artması yolu ilə feministlərin qaldırdığı tələbləri tədricən həll etmək mümkündür. Bu aksiyalarda isə əsas məqsəd “5-ci kolon”un vasitəsilə iqtidarın müstəqil siyasətinə təzyiq göstərmək, onu təhdid etmək, bəlli dairələri həyata keçirmək istədikləri ssenarini dövlətçiliyimizə qəbul etdirməkdir”.
Müəllif: Gülyana