Anti-Azərbaycan şəbəkənin hay-küyçülərin qanunsuz aksiyasına dəstək verməsi təxribatların eyni mərkəzdən idarə olunduğunu göstərir
44 günlük Vətən müharibəsində Azərbaycanın erməni faşizmini məhv etməsi və 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsi, bununla yanaşı ölkəmizin iqtisadi, sosial, hərbi və siyasi cəhətdən böyük uğurlara imza atması anti - Azərbaycan şəbəkəni ciddi narahat edir. Son vaxtlar ölkəmizdə bəzi qaragüruh dəstənin populist bəyanatlarla çıxış edib, qanunsuz aksiyalar vasitəsi ilə qarşıdurmalar, iğtişaşlar yaratmağa cəhd etmələri məhz anti-Azərbaycan şəbəkənin qurduğu və əlaltıları vasitəsi ilə həyata keçirməyə çalışdıqları tapşırıqların nəticəsidir. Sosial bazası olmayan dağıdıcı xislətli müxalifət yalnız anti-Azərbaycan şəbəkənin sifarişlərini yerinə yetirməklə özlərinin maddi təminatını həll etməyə çalışırlar. Lakin bütün hallarda cib funksiyasını yerinə yetirməkdən başqa bir şeyə yaramayan dağıdıcı qüvvələr xarici ağalarının önündə üzüqara qalmaqdadırlar. Çünki ictimai rəydə heç bir dəstəyə malik olmadıqlarından keçirdikləri aksiyalar iflasa uğrayır. Uğursuzluğa düçar olsalar da cəhdlərini davam etdirməkdədirlər. Bu da onu göstərir ki, onlar xarici qüvvələr qarşısında təxirəsalınması, ümumiyyətlə ləğv edilməsi mümkün olmayan öhdəliklər götürüblər. Mayın 14-də feminist deyilən qrupların və onlarla eyni davranışı həyata keçirən siyasi partiya təmsilçiləri, “ictimai fəallar”, özlərini bloger kimi təqdim edənlər, ancaq fəaliyyətləri ilə jurnalist adına ləkə vuran bir neçə işbaz jurnalist “Fəvvarələr” meydanı önündə qanunsuz aksiya keçirməyə cəhd etmələri növbəti tapşırıqlardandır. Ancaq müxalifətyönümlü qrupların küçələrə çıxaraq, qeyri-qanuni şüarlarla çıxış etmələri, polislə qarşıdurma yaratmağa çalışmaları iflasa uğradı. Aksiyada fərqli geyimdə fəqrli yönümlü insanlarla yanaşı, əsasən, cəmiyyətdə cinsi azlıqların cəmləşdiyi qurum kimi tanınan LGTB və onlarla həmfikir olan siyasi partiyaların təmsilçiləri iştirak edirdi. Aksiyada qaldırılan plakatlardan birində “Petuxlar mafiya sistemə qarşı” “şuarı” yazılmış plakatın qaldırılması və plakatın önündə aksiyanın əsas aparıcı şəxsləri - “Milli Şura”nın koordinasiya şurasının üzvü Tofiq Yaqublunun, özünü ictimai fəal kimi təqdim edən Bəxtiyar Hacıyevin və digərlərinin olması müəmmalı suallar yaradır. Əcəba bu şəxsləri belə iyrənc şüara bağlayan nəsə varmı? Yoxsa, anti-Azərbaycan şəbəkə onları bu kimi iyrənc şüarlarla çıxış etməyə məcbur edib.
“Aksiyada fəallıq edən feministlər, cinsi azlıqlar bizim cəmiyyətimizə tamamilə yaddırlar”
Tanınmış siyasi şərhçi Elşad Həsənov may ayının 14-də “Fəvvarələr” meydanı önündə qanunsuz aksiya keçirən şəxslərin səsləndirdikləri fikirləri, qaldırdıqları şüarları biabırçılıq adlandırıb: “Aksiyanın başlıca tələbi “ictimai fəallara qarşı törədilən cinayətlərə son qoyulması” ilə bağlı idi. Onlar həmin aksiyada əsas tələb kimi Daxili İşlər Nazirliyinin cəzalandırılmasını qoymuşdular. Qeyd edim ki, belə məzmunlu davranışlar ölkəmizin imicinə ciddi ziyan vurur. Sağlam məntiqlə baxsaq, heç bir hakimiyyət istəməz ki, belə cinayətlər olsun, bunun da nəticəsində özünü hədəf eləsin. Biz bilirik ki, həmin dairələrin nəzarətində olan adamlarla bağlı nəsə baş verən kimi beynəlxalq təzyiqlər güclənir. Hətta ABŞ kimi ölkənin Dövlət Departamenti belə bu cür məsələlərə reaksiya verir. Hansısa jurnalistə qarşı zorakılıq etmək qətiyyən hakimiyyətə lazım deyil. Bu baxımdan da aksiyanın tələbi çox məntiqsiz olub. Bu cür hadisələri törətməklə hakimiyyəti hədəfə gətirmək istəyən qüvvələr var. Aksiyada fəallıq edən feministlər, cinsi azlıqlar bizim cəmiyyətimizə tamamilə yaddırlar. Xarici qüvvələrin təşəbbüsü ilə ortaya çıxan həmin qrupların tələbləri bizim mentalitetimizə qətiyyən uyğun deyil. Son aksiyada biz onların səsləndirdiyi şuarları və qaldırdıqları plakatları gördük. Buna biabırçılıqdan başqa heç bir ad vermək olmaz. Onların bir məqsədi vardı - provokasiya törətmək. Hiss etdik ki, polislər onların təxribatına uymadılar, aksiya dinc şəraitdə keçdi. Vəziyyəti gərginləşdirmək istəyən üçüncü qüvvələr mütləq tapılaraq ifşa olunmalıdır. Mən əminəm ki, DİN bunun öhdəsindən gəlməyi bacaracaq. Xüsusilə də, Qarabağla bağlı gedən danışıqların belə həssas məqamında daxildə gərginliyə imkan vermək olmaz”.Diqqətçəkən məqam ondan ibarətdir ki, aksiya ilə bağlı əvvəlcədən sosial şəbəkələr və digər vasitələrlə təbliğati işlər aparılmışdır. Xüsusilə də, ABŞ Dövlət Departamentinin nəzarətində olan “Amerikanın səsi” və “Azadlıq” radioları üç gün aksiya ilə bağlı geniş təbliğat apardılar, təşkilatçılarla müsahibələr, onların dilindən çağırışlar etdilər. Təbii ki, bu cür mövqe sərgiləmək, jurnalistika yox, açıq propoqanda idi. Ancaq bütün cəhdlər iflasa uğradı və aksiyada çox az sayda adam iştirak etdi. Hay-küy salan iştirakçıların çoxu özlərini jurnalist kimi göstərən, müxtəlif rəngli gödəkcələr geyinmiş qızlar idi.
Polis təxribatçılara qarşı sakit davranış nümayiş etdirdi
Aksiya qanunsuz olsa da, heç bir insident baş vermədi. Polis yüksək peşəkarlıq nümayiş etdirərək pozucu şəbəkə üzvlərinə qarşı etik və qanunlar çərçivəsində davranış nümayiş etdirdi. Baxmayaraq ki, polisin ünvanına açıq şəkildə tərbiyəsiz və təhqiramiz fikirlər səsləndirildi. Polis isə təxribatçıları qanunlara əməl etməyə dəvət etdi. Ancaq təlimata əsasən küçələrə çıxanlar heç bir qanuni tələblərə əməl etmədən təxribatlarını davam etdirdilər. Hətta siyasi tələblər və siyasi çağırışlar səsləndirməkdən çəkinmədilər. Bütün bu qanunsuzluqlara baxmayaq iştirakçılar aksiyanın sonunda bəyanatlarını səsləndirib, şəkillər çəkdirib, dağılışdılar. Böyük Britaniyanın və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirlikləri isə gözləndiyi kimi heç bir beynəlxalq diplomatik etik qaydalarına əməl etmədən qanunsuz aksiya ilə bağlı ağzıgöyçəklik edən, şər və böhtandan başqa bir şeyə yaramayan açıqlama ilə çıxış ediblər. İddia edilir ki, "may ayının 14-də dinc etiraz aksiyası dağıdılıb", "zorakılıq" tətbiq olunub, həbslər baş verib. Açıqlamanın aksiyadan dərhal sonra verilməsi onu təsdiq edir ki, səfirliklər və aksiya keçirənlər eyni mərkəzdən təlimat alaraq, fəaliyyətlərini qurublar. Sual olunur, yarım dövlət funksiyasına malik Ermənistanda keçirilən aksiyalar zamanı 473 nəfər həbs edilib, jurnalistlər saxlanılıb, 100-ə yaxın iştirakçı polis zorakılığı səbəbindən xəstəxanalara yerləşdirilib, ABŞ və ya Böyük Britaniya dövlətləri nədən, baş verən rüsvayçılıqlara münasibət bildirmir. Azərbaycanla bağlı sözügedən dövlətlərin fərqli mövqe nümayiş etdirməsi Qarabağ məsələsində olduğu kimi ikili standartların nümunəsidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini mayın 14-ü paytaxtın "Fəvvarələr Meydanı"nda keçirilən aksiya ilə bağlı bəyanat yayıb, Böyük Britaniyanın və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliklərinin aksiya ilə bağlı qızışdığıcı mövqelərinə sərt münasibətini qeyd edib: “Artıq xəbər verildiyi kimi, 2022-ci il mayın 14-də bir qrup şəxs Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirib. Bu aksiyanın Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa zidd keçirilməsinə baxmayaraq, polis əməkdaşları tərəfindən aksiyaya müdaxilə edilməyib, əksinə, iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb”.
“Səhvi etiraf olunmalıdır”
Daxili İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, aksiya zamanı insident baş verməsə də elə həmin gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin polisin aksiyaya ciddi müdaxilə etməsi və çoxlu sayda saxlanılan şəxsin olması barədə yanlış məlumat yayması qəbuledilməzdir və Azərbaycan Respublikasının daxili işlərinə əsassız müdaxilədir: “Bu aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiyaya yanlış qiymət verməsi və ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil. Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk.Böyük Britaniyanın Azərbaycandakı səfirliyini yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırıq. Ümid edirik ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında əməkdaşlığın və səmimi dialoqun inkişafına xidmət edəcək tərzdə fəaliyyət göstərəcək, süni siyasi əngəllər yaratmaq cəhdindən çəkiləcək".Bir sözlə, görünən ondan ibarətdir ki, dağıdıcı müxalifət havaların istiləşməsi ilə təxribatçı əməllərini yenidən bərpa edib. Ötən illərlə müqayisədə bu dəfə sıralarına cəmiyyətimiz üçün yad olan iyrənc bir qrupu- feminstəri qoşublar. Ancaq məsələ ondan ibarətdir ki, yeni iştirakçılarla köhnələr uzun yol gedə biləcəklərmi? Təbii ki, sualın cavabını zamanın ixtiyarına buraxaq. Bununla belə qeyd etmək olar ki, harda Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı varsa, orada parçalanmanın, qopmanın olması şübhəsizdir.
İ.ƏLİYEV