Siyasət

  • 1 325

Azərbaycan-Avropa İttifaqı əlaqələri yüksək səviyyədə inkişaf edir

image

Respublikamızın Avropa İttifaqı ilə əlaqələrinin daha da möhkəmləndirilməsi xarici siyasətimizin prioritetlərindəndir. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Avropa İttifaqı- Azərbaycan münasibətləri yarandığı dövrdən bəri ölkədə baş verən siyasi, iqtisadi, sosial proseslərdə daim Avropa İttifaqı öz töhvəsini verməyə, malik olduğu təcrübələri tətbiq etməyə çalışır. Ölkəmiz hazırda təşkilatın bir çox əməkdaşlıq proqramlarında fəal iştirak edir. Bu gün Azərbaycan 44 günlük Vətən müharibəsindəki şanlı Qələbədən sonra regionda qüdrətli geoiqtisadi güc mərkəzlərindən birinə çevrilməkdədir. Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və müdrik sərkərdəliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu qat-qat yüksəldib. Bu gün Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsasını təşkil edir.Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. İttifaq və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır.Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri olan Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrdir. Belə ki, Azərbaycan Aİ-nın “Şərq Tərəfdaşlığı” proqramının fəal iştirakçılarından biridir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Həm Azərbaycan, həm Avropa İttifaqı son illərdə münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirir. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Qeyd etmək lazımdır ki, Azərbaycanın əlverişli coğrafi vəziyyəti, zəngin təbii ehtiyatları ölkəmizi Avropa İttifaqı üçün maraqlı edir. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri əsas etibarilə müxtəlif proqramlar çərçivəsində həyata keçirilir. Azərbaycan– Avropa İttifaqı əməkdaşlığının dinamik inkişafı, əldə edilən uğurlar ölkəmizin xarici siyasətində xüsusi yer tutan bu mühüm prioritet istiqamətə xüsusi önəm verilməsinin məntiqi nəticəsidir. Respublikamız ilə Avropa İttifaqı arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edib, bu beynəlxalq təşkilat Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Respublikamız Avropa bazarlarına xam neft nəqlini həyata keçirən etibarlı təchizatçı kimi tanınıb. Azərbaycanda Avropa İttifaqı ilə birgə müxtəlif proqramlar və layihələr də uğurla reallaşdırılıb. Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələri daha da gücləndirilir, texnologiyalar sahəsində yeni uğurlara imza atılır və informasiya əməkdaşlığı daha da inkişaf etdirilir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas tərəfdaşlarından biridir. Çünki Avropa İttifaqı ölkələrinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycan əsas yer tutur. Bu illər ərzində iki ölkə arasında çoxlu sayda yüksək səviyyəli səfərlər həyata keçirilib ki, bu da əlaqələrimizin inkişafına mühüm töhfə verir. Azərbaycan neft və qaz ehtiyatlarını tədarük etməklə, təkcə regionda deyil, həm də Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Ümumilikdə Azərbaycanın istər dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında, istərsə də regionda və dünyada sülhün, əmin-amanlığın möhkəmləndirilməsində rolunun yüksək dəyərləndirilməsi ölkəmizə verilən önəmin, artan nüfuzunun təsdiqidir. Bütün bunlar onu göstərir ki, ölkəmiz dünya üçün bu gün çox vacibdir. Azərbaycan da sülhpərvər ölkə olaraq dünyada gedən bütün proseslərdə öz sözünü deməklə yanaşı, töhfəsini də verir.Prezident İlham Əliyevin cari ilin 18 may tarixində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışında qeyd etdi ki, "Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il bizim Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi, əlbəttə ki, artmaqdadır.Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır".Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasi kursunda üstünlük verdiyi məsələlərdəndir. Avropa İttifaqı ilə yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər bu nüfuzlu qurumla ikitərəfli əməkdaşlığın formalaşmasında və inkişafında mühüm rol oynayıb. İndiyədək tərəflər arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza Sadələşdirilməsi və Readmissiya sazişləri, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu və bu kimi digər mühüm sənədlər çoxşaxəli əməkdaşlığın əsaslarını müəyyənləşdirib. Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan münasibətlərin davamlı surətdə inkişaf etməsi, gündəlikdə duran məsələlərin həlli baxımından ortaq maraqların birləşdirilməsi onu deməyə əsas verir ki, əlaqələrimiz bundan sonra daha da möhkəmlənəcək və müttəfiqlik səviyyəsinə yüksələcək.

Ramil Orucov
YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər